Şeirlər

Kamal İskəndər. Mənim yurdumda

Səhra gül açır,

Ürək dil açır.

Ulduza, Aya,

Ellər yol açır,

Mənim yurdumda!

 

Bağça, bağ gözəl,

Aran, dağ gözəl.

Yaratmaq-hünər,

Yaşamaq gözəl,

Mənim yurdumda!

 

Ona tay, əvəz

Tapıla bilməz.

Halal zəhmətlə,

Ucalır hər kəs,

Mənim yurdumda!