Şeirlər

Rəsul Rza. Oğul

Mən səni
yeni ayaq açanda,
yeni dil açanda,
top kimi yumalanıb
qaçanda görmüşəm.
İlkin ata deyəndə
öpmüşəm dodaqlarından.
Çəkdiyin qəribə, gübnəli şəkilləri
Bugünəcən saxlamışam.
İlk dəfə məktəbdən gələndə
bağrıma basmışam səni,
qucaqlamışam,
İllər keçib bir-birinin ardınca,
sən böyümüsən hər gün.
Qalxmısan ömrün neçə pilləsini;
zaman təqvimin varaqlarım qopardıqca.
İndi yekə kişi olmusan, maşallah!
Gündə üzünü qırxırsan.
İndi qadınlar sənə
Həsədlə, məhəbbətlə baxır.
Uşaqlardan sənə dayı deyənlər var.
Ancaq sən,
mənim gözümdə hələ də
yeni ayaq açan,
yeni dil açan,
top kimi dümələnib qaçan
körpəsən.