Nağıllar, hekayələr

Faydalı gün

Fidan adlı bir qız var idi. Yoldaşları onu "gecikən Fidan" çağırırdılar. Fidan yuxudan gec qalxar, yavaş-yavaş geyinər, səhər yeməyini oynaya-oynaya yeyər, məktəbə də gecikərdi.

 

Bir gün əmisi qızı Sənubər onlara qonaq gəldi. Bu gün onlarda qalacaqdı. Səhər anası onları çağıranda Sənubər o dəqiqə qalxdı. Fidan da ona baxıb çarpayıdan durdu. Sənubər yuyundu, Fidan da yuyundu. Biryerdə səhər yeməyini bitirib məktəbə hazırlaşdılar.

 

Fidanla Sənubər həmin günü bir yerdə keçirdilər. Fidan əmisi qızından geri qalmamağa çalışırdı. Bir də nə görsə, yaxşıdır? Hər şeyi vaxtında elədiki...

 

Heç dərsə də gecikmədi. Ev tapşırıqlarını da vaxtında bitirdi. Lap məəttəl qalası iş idi.


Axşam Sənubər evlərinə getdi. Fidan isə xeyli düşündü: "Necə oldu ki, bu gün bütün işlərimi vaxtında yerinə yetirdim? Həm də heç gecikmədim!"