Atalar sözləri

Bir güllə ilə iki dovşan vurmaq

Eyni vaxtda müsbət nəticələnən iki işi görmək, yaxud bir hərəkətlə iki məqsədin həyata keçməsinə nail olmaq


İfadə yalan və şişirdilmiş əhvalatları ilə məşhur olan ovçuların dilindən yaranaraq yayılmışdır.


Əslində isə bir güllə ilə iki dovşan vurmaq mümkün deyil. Qoşalülə tüfənglə atəş açan ovçu eyni vaxtda iki dovşanı ancaq xəyalən öldürə bilər. Bu baxımdan el arasında reallığa yaxın olan «iki dovşan dalınca qaçan birindən də olar» ifadəsi çox ibrətamizdir. Yəni bu ifadə «iki işi eyni vaxtda yaxşı görmək mümkün deyil» mənasını qabardır. Reallıq budur ki, «iki dovşanı vurmaq» ifadəsi getdikcə populyarlaşmış və tədricən bir işi həll edərkən bundan ikiqat mənfəət götürmək məqamında işlənməyə başlamışdır.