Şeirlər

Samuil Marşak. “Karusel”

Tərcüməçi İsa İsmayılzadə 

 


Nəhəng çadır altında
Dalbadal atlar keçir,
Qızıl yüyənlər keçir,
Qızıl qanadlar keçir. 
Qızlar xizək üstündə,
Oğlanlar at üstündə,
Xizəyi qovhaqovda,
О qızların qəsdində. 
Naxış-naxış xizəklər
Işıldar işım-işım.
Oğlanların atları –
Bozumtul, ya qaraşın.
-     Qamçılayıb atları
-     Xizəklərə çatarıq!
-     Vurmayın atları, siz,
-     Yox... çata bilməzsiniz!
Rəngbərəng fanarların
Altında cıdıra bax!
İgidlər qovhaqovda,
Titrəyən çadıra bax! 
Evlər necə fırlanar,
Keçə-keçə fırlanar –
Coşqun seldi elə bil.
Meydan özü fırlanır –
Karuseldi elə bil.