Təbiət

Zəhərli mavi halqalı səkkizayaqlı ilbiz

Mavi halqalı səkkizayaqlı ilbiz (Hapalochlaena lunulata) - dünyanın ən zəhərli və təhlükəli canlılarından biridir. Onun zəhəri tənəffüs əzələlərini iflic edir. İnsan dişləndikdən sonra iki dəqiqə ərzində asfiksiyadan ölə bilər! 

 


Heyrətamiz görünüşlü bu canlı Hind-Sakit okean regionunun tropik və subtropik sularında, Cənubi Avstraliya və Yaponiyanın cənub sularında yayılıb. Əsasən qarışıq relyefli dayaz sularda (qayalar, qumlu ərazilər və s.) yaşayır. Çox vaxt bu parlaq məxluq daş və qaya dəliklərində gizlənir. 


Bir çox səkkizayaqlı ilbizlər kimi, mavi halqalı səkkizayaqlı ilbiz də yuvada yaşayır, sadəcə yemək və ya tərəf müqabili axtarışına görə yuvadan kənara çıxır. Yuvanın girişini müəyyən etmək kifayət qədər asandır, çünki yuva, tez-tez şikarın qalıqları (xəncər və xərçəngkimilərin boş qabıqları) ilə əhatə olunur.


Mavi halqalı səkkizayaqlı ilbizin üç növü elmə məlumdur, lakin 1938-ci ildə dördüncü növə aid yalnız bir fərd təsvir edilib.


Bu ilbiz adını bədənindəki halqalar şəklində olan naxışlara görə alıb. Bu halqaların sayı 60-a yaxındır. Əgər ilbiz narahat olarsa, halqalar daha parlaq rəng alır və sarı dəridə tünd qəhvəyi ləkələr əmələ gəlir - bu dəyişim aqressiyadan xəbər verir!

 

Halqalar mavi və qara rəngdə olub, bütün bədən boyu yerləşirlər. Adına baxmayaraq, böyük mavi halqalı səkkizayaqlı ilbizin maksimum ölçüsü - 10 santimetr, orta çəkisi isə - 80 qramdan çox deyil.


Mavi halqalı səkkizayaqlı ilbiz nadir hallarda insanlara hücum edir. Əgər kimsə ilbizin parlaq halqalarına fikir verməyərək onu narahat etməyə davam edərsə, o, dişləməyə başlayır.

 

İlbizin tüpürcək vəzilərində neyrotoksin kimi fəaliyyət göstərən bir neçə maddə aşkar edilib. Əsas neyrotoksik komponent rolunu təyin edənlərdən biri - tetrodotoksindir. Tetrodotoksin təkcə tüpürcək vəzilərində deyil, həm də ilbizin bütün bədənində yayılıb. Hazırda halqalı səkkizayaqlı ilbizin zəhərinə qarşı heç bir dərman vasitəsi yoxdur.


Adətən mavi halqalı səkkizayaqlı ilbizlər onurğasızlar - krevet, xərçəngkimilərlə qidalanır və balıq tutmağı bacarsalar, onu da yeyirlər. Onların ovunu yemək prosesi hörümçəklərinkinə bənzəyir: ilbiz qurbanı tutur, onu dişləyir və iflicedici təsir göstərən tetrodotoksin olan tüpürcəyi ona yeridir. Sonra, bir az gözlədikdən sonra, ilbiz qurbanın yarı həll olunmuş hissələrini yeyir.


Mavi halqalı səkkizayaqlı ilbizin dişiləri cəmi yeddi aya yaxın yaşayır, çünki cinsi yetkinliyə çatdıqdan sonra (təxminən dörd ayında) dənizin dibindəki çuxura 100-150 yumurta qoyur və bu vaxt ərzində heç bir qida qəbul etmədən, yumurtaların yanından uzaqlaşmır. Kiçik ilbizlər yumurtadan çıxdıqdan sonra, ana-ilbiz yorğunluq və aclıqdan ölür.