Təbiət

Bitkiyə kök, gövdə və yarpaq nə üçün lazımdır?

Kök bitkinin torpağın altında qalan hissəsidir. Kökün üç vacib funksiyası var: onların köməkliyi ilə bitki yerə bərkiyir, torpaqdan su və mineral maddələri götürür, bəzən isə köklər qida maddələrini ehtiyat üçün saxlayır.


Gövdə bitkinin yuxarı hissəsidir. Torpağın dərinliyinə gedərək su və qida axtaran köklərdən fərqli olaraq, gövdə yuxarı, işığa doğru uzanır. Məsələn, ağacın gövdəsi qanadlara ayrılır, qanadlardan isə yarpaqlar və meyvələr əmələ gəlir.


Gövdə təkcə yarpaqları, çiçəkləri və meyvələri saxlamır, gövdə ilə onlara su və onda həll olunmuş mineral maddələr qalxır, həyat şirəsi dövr edir. Gövdədə həm də qida maddələrinin ehtiyatı yığılıb qala bilir. 


Yarpaqlar da bitkilərin həyatı üçün vacib hissədir. Yarpaqlar qanadın və gövdənin üzərində əmələ gəlmiş kiçik tumurcuqlarda əmələ gəlir. Adətən, yarpaqlar yaşıl rəngdə olur, çünki onların tərkibində xlorofil var. Yarpaqlar günəşin işıq enerjisini udur, minerallardan qida maddələri istehsal edir, karbon qazını udaraq havaya oksigeni buraxır, həmçinin rütubəti özünə çəkir və buxarlandıra bilir.