Xəbərlər

“Günəşin musiqi dəftəri” kitabı nəşr olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cavanşir Quliyevin “Günəşin musiqi dəftəri” kitabının nəşri başa çatdırılıb və musiqisevərlərin ixtiyarına verilib.
 
 
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, günəşlə bağlı 11 adda əsərin daxil edildiyi məcmuə uşaq musiqi məktəblərində yuxarı sinif şagirdlərinin tədrisi üçün nəzərdə tutulub. Əsərlərin audio variantı hazırlanaraq CD şəklində kitaba əlavə edilib.
 
 
“Prestij-N” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan kitabı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan uşaq musiqi məktəblərinə və kitabxanalara paylanılacaq.