Şeirlər

Mina Rəşid. Nar

Cənnət meyvəsiyəm mən.

Başımda tacım da var.

Kim dost olsa mənimlə

Mikrobdan uzaq olar.

 

 

Xəstəliklərə qarşı

Mən bir qalxan kimiyəm.

Öskürəyin düşməni,

Zökəmin qənimiyəm!

 

 

Allahın möcüzəsi –

Bir dənəmdə yüz dənə.

Mən düşmənəm ürəkdə

Paxıllığa və kinə.

 

 

Ürək məlhəmi olub

Könüllərə nuram mən.

Uşaqlar, tanıdınız?

Mən naram ey, naram mən!