Bu maraqlıdır!

Sidney Rəsədxanası

Ölkənin elm tarixində mühüm rol oynayan, 1858-ci ildə tikilmiş Sidney Rəsədxanası, Avstraliyanın ən qədim rəsədxanasıdır. Yeni Cənubi Uels hökuməti tərəfindən dövlət əhəmiyyətli obyekt kimi tanınır və Avstraliyanın mədəni irs siyahısına daxil edilib.


Qədim dövrdə Sidney Rəsədxanası vaxtı dəqiq müəyyənləşdirməyə xidmət edib. Burada səma cisimlərini seyr edən və ulduzlu səmanı tədqiq edən astronomlar işləyib yaşayıb. Tarixi əhəmiyyətli rəsədxanada 135 ildən artıqdır ki, istifadə edilən - dünyanın ən qədim Refraktiv Astronomik linza teleskopu yerləşir. 


İlk əvvəl rəsədxana “zaman topunu” işlək vəziyyətdə saxlamaq məqsədilə tikilib. Zaman topu - dənizdən asanlıqla görünən böyük sarı topdur. Vizual zaman siqnalı kimi xidmət edən top, hələ 1858-ci ildə, radionun yaranmasından əvvəl yaranəb və hər gün dəqiq saat 13:00-da aşağı endirilib. Günümüzdə də "zaman topu" dəqiq saat 13:00-da aşağı enir, lakin onun işi artıq astronom tərəfindən deyil, əsas atom saatı tərəfindən idarə olunur. Topun əsas məqsədi - gəmilərin qrafikə sadiq qalması və bir-biri ilə toqquşmaması üçün saatlarını tənzimləməsinə kömək etmək idi. 


Rəsədxana, Uilyam Skott tərəfindən layihələndirilib. O, rəsədxananı astronom işinin bütün incəliklərini nəzərə alaraq tikib. Rəsədxana daxilində hesablamalar və müşahidələr üçün otaqlar, həmçinin alimlərin qalıb yaşaması məqsədilə inşa edilmiş otaqlar var.


Rəsədxanada 1982-ci ildə muzeyə çevrilib. Bu gün rəsədxananın əsas vəzifəsi - astronomiyanı populyarlaşdırmaq və hər kəs üçün ulduzları müşahidə etmək imkanı yaratmaqdır. Burada unikal eksponat - 29 sm obyektivli 1874-cü ildə hazırlanmış teleskop, onun yanında ən müasir kompüterlə idarə olunan teleskop və Günəşi müşahidə etmək üçün ən son alfa-hidrogen teleskop yerləşir. Burada, yerə yaxın kosmosun bütün ulduzları və bürcləri 3D monitorun üzərində proyeksiya olunur. Rəsədxanada hər gün astronomiyanın tarixi, nailiyyətləri və ən son kəşfləri ilə tanış olan mühazirələr keçirilir. Həmçinin zalda astronomiyaya dair maraqlı və maarifləndirici filmlər nümayiş etdirilir, mühazirələr oxunur, burada bu elm sahəsində ən son nailiyyətlər və kəşflərdən danışılır.