Nağıllar, hekayələr

Kimdir düşmən? - uşaqlar üçün ibrətamiz hekayə

"Ana, mən səni çox sevirəm" - yatmazdan əvvəl anasına sarılan balaca Varya dedi.


"Mən də səni sevirəm, Varenka!" – deyə Ana cavab verdi.


- Ana deyə bilərsən - Sevgi nədir?


- Yaxşı, indi sənə başa salaram, qızım! Sevgi çox mürəkkəb və çox güclü bir hissdir. Sevgi fərqli ola bilər: məsələn, başqa insana qarşı hiss edilən sevgi, vətən sevgisi, təbiətə, heyvanlara olan sevgi... – ana  sözləri diqqətlə seçib başa salmağa çalışdı.


- Bəs oyuncaqlara olan sevgi?


- Bu, bir az fərqlidir, amma oyuncaqlara qulluq etmək və onları sındırmamaq yenə də insana xoş hiss yaşadır!


- Bəs elə olur ki, kimisə və ya nəyisə nəyin bahasına olursa olsun sevmək lazımdır, amma sevə bilmirsən?"


- Məsələn, manna sıyığı? – Ana gülərək soruşdu.


- Hə manna sıyığı, fuuu...


- Sıyıq uşaqlar üçün çox faydalıdır. Amma, məsələn, bizə qarşı pislik edən düşmənimizi sevmək, onu başa düşmək və onu bağışlamaq çox çətindir! 


- Bəs sənin düşmənin kimdir? Mənim düşmənim var? – ard-arda suallar verərək Varya anasını yatmağa qoymadı.


- Hər bir insanın öz düşməni ola bilər, amma mənə elə gəlir ki, insan əksər hallarda özü özünə düşmən olur!


- Necə yəni?


- Diqqətlə qulaq as! İnsan nəyisə etməyə tənbəllik edərsə, verdiyi vədlərə əməl etməzsə, başqalarını aldadarsa, bununla sanki özünə xəyanət etmiş olur. Bəzi hərəkətlərin qəbahət olmadığını zənn edir, əslində isə ancaq özünə zərər verir, özünü öz düşməninə çevirir. Sonra özünü belə pis insan olduğuna görə sevməkdə çətinlik çəkir!


-Oyyy....onda mən daha tənbəl olmayacam və heç kimi aldatmayacam, əks halda birdən özümü sevə bilmərəm" – deyə Varya anasına söylədi, sonra yavaş-yavaş gözlərini yumdu. 


Bir dəqiqə sonra qızcığaz anasının çiynində artıq yuxuya getmişdi, ana isə uzun müddət çarpayıda uzanıb ana ilə qız arasında keçən söhbət haqqında düşündü.