Şeirlər

Rafiq Yusifoğlu. "Sağ ol" dedi

Əsdi külək, yağdı yağış,
Çay yağışa “sağ ol” dedi.

 

Pırr elәyib uçdu göyә,
Quş qanada «sağ ol» dedi.


Yolçu yola kölgə salan
Bir palıda “sağ ol” dedi.


Yandı ocaq, getdi soyuq,
İnsan oda “sağ ol” dedi.

 

 

Söylə görüm, bəs sənə kim
Bu dünyada “sağ ol” dedi?