Şeirlər

Əyyub Türkay. Kənanın yalanı

Dərsini öyrənmədi,
Bu gün məktəbli Kənan.
Dedi, müəllim soruşsa,
Tez söylərəm bir yalan.

 


Dərsi başlayan zaman,
Qorxu tutdu Kənanı.
Axı, birazdan onun,
Çıxacaqdı yalanı.

 


Müəllim gördü şagird,
Gərgin görünür yaman.
Çünki boşa çıxmışdı,
Onun qurduğu plan.

 


Dedi: -Kənan bilirəm,
Dərsə hazır deyilsən.
Bu gün nəticə çıxar,
Öyrən gələn dərsi sən.

 


Kənan söz verdi daha,
Oxuyub, çalışacaq.
Yalanları unudub,
Düzünü danışacaq.