Şeirlər
İbrahim Yusifoğlu. Düş gəl yerə güləşək
Həsənəli Eyvazlı. Ləçəklər və damcılar
İlyas Tapdıq. Gün gülsə
Xanımana Əlibəyli. İşgüzar ulaq
Ulağa bax, ulağa,
Axşamacan görür iş.
Xurcunda hər gün bağa,
Daşıyır qarpız, yemiş.
O yeriyir gözünü
İstidən yuma – Yuma,
Güclə çəkir özünü,
Dizəcən girir quma.