Şeirlər

Əlizamin Həsənəli. Bir, həmrəy ol, Azərbaycan!

Milyonların ürəyisən,
Hər arzusu diləyisən,
Qürur yeri gərəyisən,
Bir, həmrəy ol, Azərbaycan!

 

Yaşa,var ol Azərbaycan!
Bir tarixdir yurdun, daşın
Vardır sənin qan yaddaşın,
Çox istəyir vətəndaşın,
Bir, həmrəy ol, Azərbaycan!

 

Yaşa, var ol Azərbaycan!
Dost sanmışdın sən düşməni,
Parçaladı tam vətəni,
Şimal, cənub, qərbə səni
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!

 

Təbrizdən sən aralısan,
İrəvandan yaralısan,
Qarabağdan paralısan,
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!

 

Düşmən bilir, olubdur xar,
Keçmişin var, tarixin var,
Yolun buzlu olsada qar
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!

 

Bir yumruq ol birləş daha,
Batma qəmə, batma aha,
Dua edib o Allaha
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!