Nağıllar, hekayələr

Uşaqlar üçün ibrətamiz hekayə - Dərman

Balaca qızcığazın anası yaman xəstələndi. Evə gələn həkim gəlib müayinə etdi, lakin həkim nə görsə yaxşıdı!?... Ana bir əli ilə başını tutur, digəri ilə yerdən oyuncaqları toplayır, qızcığaz isə stulda oturub əmr edir:

 

- Ana, mənim kubik oyuncaqlarımı gətir!

 

Ana kubik oyuncaqları yerdən toplayıb qızına verdi.

 

- Bəs gəlinciyim? Hanı mənim gəlinciyim? – deyə qız yenə qışqıraraq anasına müraciət etdi.

 

Həkim həm anaya, həm də qızcığaza baxıb dedi:

 

- Qızımız oyuncaqlarını özü yerdən toplamağı öyrənməyənədək  “Ana sağalmayacaq”!