Nağıllar, hekayələr

Sevinc Ağa Xəlilqızı. Qış nağılı

Qışın gəlişi özünü sərt şaxtası ilə göstərməyə başladı... Göydən qar yerinə dolu yağırdı...

 

Elə bil, qışın qəzəbi tutmuşdu... Bütün yolları buz bağlamışdı.  Səhərdən qar hey yağırdı, dayanmaq belə bilmirdi. Böyüklər çölə çıxmağa ürək etmirdilər.  Sürüşüb yıxılmaqdan qorxurdular... Lakin uşaqların  sevincinin həddi hüdudu yox idi.

 

Çölə çıxıb qarın üzərində gəzərkən, qara bataraq, ayaqlarının altında xışıldayan səsləri eşidərək daha çox həzz alırdılar. Elə bil, sevimli nağıllar aləminə düşüblər.


Yağ, yağ ağ qar dolu yağ,
Gətir bizə şaxtanı.
Babamız, qar qızıyla
Doyunca oynayaq biz...

 

 

Sürüşək xizəkdə biz...
Donsun qoy əllərimiz...
Sevinək, bayram edək...
Yeni il gecəsi biz...
Doyunca oynayaq biz


Uşaqlarla qartopu...
Qardan adam düzəldək,
Başına papaq qoyaq,
Əlinə vedrə verək...


Əli, qaç tez sən evə.
Kök gətir səndə bizə.
 Burun, göz, qaş qoyaq biz
Dövrə vuraq, oynayaq.
Qar qızın alqışlayaq...


Qoy gəlsin Şaxta baba,
Gətirsin hədiyyələr,
Şənlənərək rəqs edərək.
Şən nəğmələr oxuyaq...
Yeni ili qarşılayaq...


Bu şən nəğməni uşaqlar ağızdan-ağıza, dildən-dilə ötürərək sevərək oxuyurdular.


Əlinin atası qalın geyinib bayıra çıxdı.Əlinə beli götürüb evin qabağını buzlardan təmizlədi. Sonra yolları təmizləməyə başladı. Qonşular onu görüb, onlarda kömək etməyə çıxdılar. Göydən narın-narın qar yağmağa başladı.

Qar dənəcikləri pəncərəyə müxtəlif naxışlar vururdu.


Elə bil vurduğu naxışlardan  qar zövq alırdı. Qarın yağmağına baxmayaraq, günəş buludların arxasından  gah boylanır, gah da gizlənirdi... Elə bil qışla gizlənpaç oynayırdı... Uşaqlar isə qarın əriməsini istəmirdi... Bəlkə günəş uşaqları çox sevdiyindənmi buludların arxasında gizlənirdi? Qoy uşaqlar sevinsin, doyunca qartopu oynasın deyə?


Qarşıda gələn il Dovşan ili idi.


Hamı Pələng ilini yola salmağa hazırlaşırdı... Uşaqlar şam ağacının altına aldıqları oyuncağı, dovşanı qoymuşdu... Bu Yeni ildən yeni arzular  istəyirdilər... Əlidostlarından eşitmişdi  ki, Şaxta babaya kim məktub yazarsa, onun arzusu yerinə yetər. 


Axşam oturub, gözəl Şaxta baba rəsmini çəkir və öz istəklərini, arzularını məktuba  yazır...


Məktub


 “Salam Şaxta baba. Mən səni çox sevirəm.  Dünyada bütün uşaqlar səni çox sevir.Hündür boylu şam ağacının da sənsiz gözəlliyi yoxdur. Sənin sehirli çubuğun olmasa, bəs o işıqlar necə yanar? Mən bilirəm sən çox uzaqlarda, soyuq diyarlarda, meşədə yaşayırsan... Mən ora heç vaxt gəlib çıxa bilmərəm... Amma məktub göndərirəm. Əgər mənim məktubum sənə çatsa, bilirəm arzumu yerinə yetirəcəksən. Birinci istəyim, anamın dərmanlarını göndər. Amma qoy şəfalı dərmanlar  olsun. İçən kimi sağalsın. Mən anamı çox, lap çox sevirəm... Atam üçün qalın kürk istəyirəm, qoy ona soyuq olmasın, qardaşıma sevdiyi velosipedi, bacıma sevdiyi gəlinciyi istəyirəm. Mənim arzum isə qış gecəsiatla bir arabada Şaxta babayla meşəni gəzib dolaşmaqdır... 


Bilirəm Şaxta babanın atlarıda sehirlidi... Onun çubuğu kimə dəysə, bütün arzuları yerinə yetir... Mən arzularıma inanıram, çin olacaq!”


Əli məktubu zərfəqoydu və zərfi bağladı. 


Səhər Əli dostlarıyla meşəyə yollandı... Bir-birinə kömək edərək, güclə olsa da  şam ağacından məktublarını asdılar... Qara bata-bata yollarına davam etdilər...


Yenə də buzun üstündə sürüşdülər, bolluca qartopu oynadılar.


Əli axşam elə yorğun düşmüşdü ki, başını balışa qoyan kimi yatdı. Onu şirin yuxu apardı...


Yuxuda gördü ki, qanadlı mələklər onun qolundan tutub, şam ağacının lap başına qoydular... 


 Əli əlini qaldırıb ulduzları tutmaq istəyirdi. Birdən bir ulduz ona yaxınlaşdı:


– Əli, sənin arzularını mən yerinə yetirəcəm.


– Hə? Doğrudan? İnanım sənə?


Ulduz Əlinin başının üstündə oturdu. Günəş kimi saçmağa başladı.


– Eşit məni, Əli...Mən bundan sonra başının tacı olacam... Amma onu səndən başqa heç kim görməyəcək. Mən səni daima izləyəcəyəm. Sənin bütün yollarına çıraq salacağam.


– Heç kim görməyəcək? Anam da?


Ulduz güldü:


– Sən onsuz da ananın ulduzusan...Bax, bu sehirli çubuqları sənə Şaxta baba göndərdi. Hər dəfəçubuqlara toxunduqda, möcüzələr yaşayacaqsan, amma onları  itirməməlisən.


– Mən, mən and içirəm, onları göz bəbəyim kimi qoruyacağam.


– Amma bu sehirli çubuqlar sənə Yeni il gecəsi hədiyyə olunacaq. Gözlə möcüzəni! Sən inanmalısan arzularına...


Günəşin elə bil şıltağlığı tutmuşdu. Pəncərədən düz Əlinin gözünə düşürdü. Əlinin gözləri qamaşırdı...  Deyinə-deyinə gözlərini ovuşdurub ayıldı.


– Nə istəyirsən şıltaq, nazlı Günəş? Qoy yatımda.


Oyanıb Əli çarpayısına baxdı. O, sehirli çubuqları axtarırdı,  amma heç kəsə heç nə demirdi...Bütün günü fikirli gəzirdi. Anası, atası, bacısı, qardaşı, hətta dostlarıda, nə qədər etdilər Əlidən söz ala bilmədilər.Amma Əliarzularınaçox inanırdı. 


Səhər yenə də uşaqlarla meşəyə sarı getdilər. Ürəyində fikirləşirdi ki, görəsən məktubu Şaxta babaya çatıb? Meşəyə çatdılar. Şam ağacına asdıqları məktublara baxdılar... Ağacın budaqlarında məktublar yox idi.


Onlar çox təəccübləndilər. Elə heyrətlənmişdilər ki, yerlərində donub qalmışdılar. 


Birdən Əli atılıb-düşməyə, sevincindən çığırmağa başladı...


Uşaqlar da çığır-bağırla qara yıxılıb, üzərində o yana, bu yana fırlanırdılar. Sevinclərinin həddi-hüdudları yox idi.


Sonra uşaqlar evə sarı yollandılar... 


Uşaqlar gözdən itdikdən sonraşam ağacının arxasından çox yaşlı, saçları ağ, saqqalı uzun, sehirli adam çıxıdı... Onların ardınca baxıb gülümsədi və düşündü: “Yeni ildə hər birinizlə görüşənədək, şirin, məzəli uşaqlar. Dünya sizinlə gözəl və dəyərlidi... Sizlər Tanrının səltənətisiniz! Hər biriniz öz mükafatını alacaqdır!”


Budur Yeni  il axşamı hamı çöldə şam ağacının ətrafında toplanıb, mahnı oxuyub, Yallı gedirlər... Axşam sehirli saatın əqrəbləri gəlib 12 tamamın üstündə dayandı.


Uşaqlar bir ağızdan qışqırdı:


– Bir, iki, üç, dörd, beş...Ura! Ura! Ura! Yeni il  gəldi...


 Hamı bir-birini təbrik edib, qucaqlayırdı. Sevinc-sevincə qatışmışdı...  Uşaqlar evlərinə gəlib şam ağacının altındakı hədiyyələrini açmağa başladılar...


 Əlidə şam ağacının altındakı  hədiyyələrini açmağa başlayanda, yerində donub qaldı...


Bir bağlama da  atası üçün arzuladığı kürk çıxdı. Bir bağlamada anasına lazım olan dərmanlar... Bir bağlamada bacısı üçün yeddi gəlincik çıxdı... Qardaşının bağlamasın açdı, orada yazılmışdır:“Evin arxa hissəsinə baxın, hədiyyə ordadır...” Sonuncu bağlamada  yazılmışdır: “Əli, sən gözlə hədiyyəni!” Bağlamaya yekə dovşan oyuncağı  qoyulmuşdur... Dovşanın əlində  baraban və çubuğlar var idi...


Əli  atasına, anasına, bacı-qardaşına görə çox-çox xoşbəxt idi... İlk növbədə onların arzusu yerinə yetmişdi...


Qardaşı təəccüblə dedi:


– Şaxta baba hardan bilirdi mən nə istəyirəm?


Əli dedi:


– Mən məktubda yazmışdım, hamısını ondan xahiş etmişdim.


Anası dedi:


– Bəs sənin öz arzun yerinə yetdi?


– İlk növbədə sizlərinki yerinə yetdi, anacan.Birinci elə mən onu arzulamışdım.Mənim sehirli dovşanım gəldi... Ən böyük arzum da yerinə yetəcək! Mən arzularıma inanıram.


Axşam saat üçü keçmişdi.  Əli çarpayısına uzandı.  Balışını  qaldıranda yuxuda gördüyü sehirli çubuğları gördü... Çarpayıda atılıb-düşməyə başladı.  Bir də gördü pəncərəsi açıldı... Nərdivanın başında Şaxta baba gülümsəyib dedi:


– Hə, Əli hazırsan mənimlə arabada, sehirli atlarımla meşəni gəzməyə? Qorxmursan ki?


– Şaxta baba, bu sənsən? Yuxumda gördüyüm, aman Allahım...Yox, mən qorxmuram...


Nərdivandan Əlini düşürdərək bütün meşəni atlarda çaparaq gəzməyə başladılar. Bütün heyvanlar Şaxta babanı salamlayırdı.


Əlidən bu anda xoşbəxti ola bilməzdi. O, arzusunu gerçəkdən yaşayırdı.


Şaxta baba yenə də Əlini evə qaytaranda  nərdivanla qucağında qaldırır. Pəncərəni açır, onu içəri qoyur. Cibindən bir balaca ağ dovşanı çıxardıb deyir:


– Al, götür. Bu sənin ağ dovşanındır... Ona yaxşı bax, yaxşı qulluq et, qayğısına qal!Bax a, gələn il yenə gələcəm, dovşanı mənə təhvil verməlisən... Görəcəm, ona necə baxmısan... Yaxşı baxsan, arzunu Yeni il gecəsi yerinə  yetirəcəm... Yadda saxla! Xeyirxah ol! Zəhməti sev, dostlarını sev,  arzularına inan! Əzmkar, inadkar ol!


– Şaxta baba, mən sənə söz verirəm! Mən bir sey anladım: həyatda həqiqətən möcüzələr  mövcuddur! 


– O möcüzələri yaradan məhz sərhədsiz inamdır! Mən bütün uşaqlara üzümü tutub deyirəm: sizlər çox saf, təmiz qəlbə sahibsiniz... Uşaqlar Tanrının səltənətidir! Tanrı onları çox sevir, saf qəlblərinə görə mükafatlandırılır...

Həm də onlar  qəlblərində kövrəkliyin paklığını, uşaq sevincini saxlayan insanlardı...