Şeirlər

Məktəb

Öz doğma evi kimi,
Hər insana doğmasan.
Ucaltmayıb de kimi,
Sənin quruca masan?


Gələcəyin yolları,
Pillələrindən keçir.
Ömrün gənclik qatarı,
Sən illərindən keçir.


Qoynunda hər səhərin,
Təzə yaz nəfəsi var.
Əziz müəllimlərin
Ürəyinin səsi var.


Sənə könül verənim
Açılır gözü məktəb!
Ən şirin xatirənin
Ən şirin sözü məktəb.