Nağıllar, hekayələr

Çətin səyahət

Kamal müəllim uşaqlara qrup işi haqqında məlumatlar verirdi. Uşaqlar bütün diqqətlərini müəllimə vermişdilər. İlk dəfə qrup işi görəcəkdilər.

 

Kamal müəllim: “Qrup işində bəzi qaydalar vardır. İlk olaraq onları bilməlisiniz,”- dedi. Qaydaları saymağa başladı: “Qrup üzvləri arasında hörmət olmalıdır. Üzvlər vəzifələrini yerinə yetirməlidirlər. Ortaq hərəkət edib yaxşı bir iş
ortaya çıxarmaq üçün səy göstərməlidirlər.”

 

Xanım əlini qaldırıb sual verdi: “Müəllim, hansı mövzu haqqında iş görəcəyik?”


Kamal müəllim: “Sizi maraqlandıran hər hansı bir mövzu haqqında araşdırma etməyinizi istəyirəm,”- dedi.

 

Qruplar düşünməyə başladılar.


Xanım görmək istədiyi işi tapdı. Təbii ki, qrup üzvlərinin də fikrini soruşmalı idi. Qrup üzvlərini topladı və danışmağa başladı: “Kosmos haqqında araşdırma apara bilərik. Dünyamız, Ay, ulduzlar, Günəş kimi göy cisimləri haqqında bir iş hazırlaya bilərik”. Bu fikir hamının xoşuna gəldi.


Planetlərdən və kosmosun nə olduğundan bəhs etdilər. Ən əsası qrup üzvləri arasında köməkləşmə vardır. Hər kəs bir-birinin əskikliklərini tamamlamağa çalışırdı. Kamal müəllim bunu çox bəyəndi və uşaqları təbrik etdi.