Şeirlər

Mina Rəşid. Azad Şuşam

Ordumuzun gücündən 
Qorxub qaçdı yağılar.
Şuşanı azad etdi
Şir biləkli oğullar.

 

Bu yer sanki möcüzə -
Uca dağlar, şiş qaya...
Dolama yollarıyla 
Biz qalxırıq Şuşaya.

 

Mən də, bir əsgər olub 
Duracam keşiyində
Üzeyirin yurdunda - 
Musiqi beşiyində.

 

Şuşa sənət məbədi,
Gözəlliyin taxtıdır.
Şuşa Azərbaycanın 
Mədəni paytaxtıdır.