Şeirlər

Əyyub Türkay. Gəlinciklərim

Göydən enir qar dənəcikləri,
Apardım çölə gəlincikləri.
Onları qara yaxşıca basdım,
Yaş geyimlərin eyvandan asdım.

 


Gəlinciklərim soyuq tutarlar,
Sonra da evdə xəstə yatarlar.
Mən həkimlərdən qorxuram yaman,
İynə ağrıdır, aman, ay aman.

 


Gəlinciklərim xəstə olmasın,
Dava-dərmana möhtac qalmasın.
Həkimi görsə, onlar ağlayar,
Nəmli kirpiklər qırov bağlayar.