Musiqi

Səhər nəğməsi

Musiqi: Əşrəf Abbasov

Söz: Yusif Əzimzadə


I
Gözəl səhər, gözəl səhər,
Ey hər şeydən əzəl səhər.
Apar bizi uzaqlara,
Bir əbədi şən bahara.


Nəqərat:

Qoca bağban, qoca bağban,
Ey şöhrəti uca, bağban.
Su ver bizə sərin-sərin,
Pənahısan çiçəklərin.


II
Ötən bülbül, ötən bülbül,
Ey kamına yetən bülbül.
Səninkidir bu gül-çiçək,
Onlardan öz ətrini çək.


Nəqərat:

Qoca bağban, qoca bağban,
Ey şöhrəti uca, bağban.
Su ver bizə sərin-sərin,
Pənahısan çiçəklərin.