Şeirlər

Əyyub Türkay. Mənim ana dilim

Öz tarixi günü var
Mənim ana dilimin.
Azərbaycandır adı
Mənim doğma elimin.

 

Öyrəndim əlifbanı
Birinci sinifdə mən.
Sevinərək yazıram,
Əziz ana, can Vətən!

 

Dilimizi qorumaq
Ən uca, xoş məramdır.
Öz dilimin varlığı
Mənim üçün bayramdır.