Şeirlər

Rəfiqə Qasımqızı. Rəngi var, qoxusu yox

Səpələyir  buludlar,
Göydən yerə ağ  çiçək.
Sanki qopur çiçəkdən,
Bircə-bircə ağ ləçək.

 

Bu yağan çiçəklərin,
Rəngi var, qoxusu yox.
Gecə-gecə  hey yağır,
Elə bil yuxusu yox.

 

 

 

Qarın üstünə düşür,
Sərçənin ayaq izi.
Üşüyür uşaqların,
Əli, qulağı, üzü.