Görkəmli şəxsiyyətlər

Əmir Kazım Mirzə Qacar

Əmir Kazım Mirzə Bəhmən Mirzə oğlu 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Tiflis gimnaziyasında almış, 20 yaşında isə Peterburqdakı Nikolayev süvari məktəbini bitirmişdir. 1873-ildə kornet-zabit rütbəsində Qafqaz Əlahiddə ordusunun ordusunun 44-cü Nijeqorod alayına göndərilmişdir. Ən yaxşı süvari zabitləri sırasinda mayor Əmir Kazım mirzə 1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak etmişdi. Süvari podpolkovniki Əmir Kazım mirzə 1895-ci ildə eskadronun komandiri təyin olunur. XX yüzilin ikinci ilində alay komandirinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilən polkovnik Əmir Kazım mirzə 1910-cu ildə general mayor rütbəsinə ucaldılmışdı. Əmir Kazım Mirzə Gövhər xanımla ailə qurmuşdu. Darab Mirzə, Davud Mirzə adlı oğulları, Mənicə xanım, Ziba xanım, Leyla xanım və Aliyə xanım adlı qızları vardı.

 

25 il 44-cü Nijeqorod alayında qüsursuz xidmət edən Əmir Kazım imperiyanın yüksək orden və medalları ilə təltif olunmuşdu. 1877-1878-ci illər rus-türk müharibəsində onun dördüncü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə mükafatlandırılmışdi. 1895-ci ildə o, Buxara əmirliyinin üçüncü dərəcəli "Parlayan ulduz" ordeni ilə mükafatlandırılır. XIX yüzilin 70-ci illərindən hərbi xidmətə sürətlə irəliləyən igid zabit Əmir Kazım Mirzəni hökumət səxavətlə təltif etmişdir. O, 1879-cu ildə üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav" (qilincla birgə), 1881-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", altı il sonra üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir" 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur "Şiri-Xorşid" ordenləri ilə mükafatlandırılmışdır.

 

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra – 1918-ci il dekabrın 1-də Əmir Kazım Mirzə hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə Əmir Kazım Mirzə Gəncənin komendantı təyin olunur.

 

Əmir Kazım Mirzə xalqın maariflənməsində də yaxından iştirak etmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi cəhətdən kömək göstərmiş və kasıb balalarını öz xərcinə oxutmuşdur. 1910-cu ildən Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin fəxri üzvü olmuşdur. Onun həyat yoldaşı Gövhər xanım Ağa Ələkbər qızı İsmayılova-Qacar (1862-1927) 1905-ci ildə yaradılmış xeyriyyə cəmiyyətin sədri idi. Onun ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan dram cəmiyyətinin təsisi və tamaşa binasinin açılmasinda yaxından iştirak olmuşdur. 1911-ci ildə dramuturq M.F. Axundovun yüzillik yubileyi də general-mayor Əmir Kazım mirzə Qovanlı-Qacarın sədrliyi ilə keçmişdi.

 

 1920-cil aprel çevrilişindən sonra Əmir Kazım Mirzə Qacar Gəncə üsyanında fəal iştirak edir və fövqəladə komissar Tixarelinin əmri ilə bolşeviklər tərəfindən Gəncə şəhərində qətlə yetirilir.