Şeirlər

Əyyub Türkay. Vurma cədvəli

Ona qədər öyrəndim,
Mən vurma cədvəlini.
Artıq riyaziyyatın
Biləcəyəm dilini.


Üçü-üçə vururam,
Cavabı edir doqquz.
Hamı deyir vurmanı,
Yaxşıca öyrənib qız.


Lap balaca bacımsa,
Hələ bilmir vurmanı.
O ancaq saya bilir,
Yediyi dondurmanı.