Bu maraqlıdır!

Televiziya proqramının hazırlanması prosesi

Televiziya proqramı müxtəlif (musiqili, idman, uşaqlar üçün, məlumat, kino və s.) mövzulara aid olan verilişdir.


Televiziya proqramının hazırlanması üçün rejissorun rəhbərliyi altında böyük mütəxəssislər ştatı lazımdır. Kinooperatorlar, işıqçılar, operatorlar, ssenari müəllifləri, müəlliflər, prodüserlər, dekorasiya rəssamları, qrim ustaları, saç ustaları, redaktorlar, səs operatorları, aparıcılar, dəvət olunan qonaqlar və s. də proqramın ərsəyə gəlməsində iştirak edirlər.  

 

Əgər veriliş birbaşa deyilsə, mətn efirə çıxmamışdan bir neçə saat və ya gün öncədən yazıla bilər.


Sonda montaj qrupu işi başa vuraraq lazım olan vaxtda proqramın nümayiş etdirilməsi və ya efirə verilməsi üçün lenti hazırlayırlar.