Şeirlər

Zəminə Xınalı. Elimin igidlərinə

Vətən xidmətində, keşik çəkənlər,
İgidlər, ərənlər, ey mərd əsgərlər
Nə qədər məğrursuz, mətanətlisiz,
Xalqımın ümidi, güvənc yeri siz!

 

 

Eşq olsun sizləri doğan anaya,
Elimə-obama siz bəzəksiniz.
Vətənin ən ağır, çətin günündə
Yaman günlərində siz gərəksiniz.

 

 

Hər zaman siz belə vüqarlı olun,
Vicdanlı, dözümlü sel güclü olun,
Sizin bağrınızdan qopan nərəylə,
 Elin fəxrisiniz el güclü olun.