Bu maraqlıdır!

Nə gizlədilib? Uşaq oyunu

Oyun meydança və ya otaqda oynanılır. Hər bir oyunçu üçün stul, 5-10 ədəd müxtəlif oyuncaq və 1 stol lazımdır.

 

Bütün iştirakçılar yarımdairə formasında oturur, yarımdairənin ortasına stol və onun da üstündə oyuncaqlar qoyulur. 

 

Tərbiyəçi oyunçulardan birini çağırır və onu uşaqlara tərəf döndərərək, stolun üstündən bir və ya iki oyuncaq götürüb gizlədir. Sonra oyunçunu bir neçə dəfə fırladıb, soruşurlar: "Nə gizlədilib?" Oyunçu hansı oyuncağın gizlədildiyini söyləməlidir. O, hansı oyuncağın gizlədildiyini tapsa, oyunçu öz yerində oturur. Başqa oyunçu seçilir. Kim hansı oyuncağın gizlədildiyini tapmasa oxuyur, rəqs edir və s.

 

Düşünməyə 10-15 saniyə vaxt verilir.

 

Oyunçuya yerlərdən kömək etmək qadağandır. Tərbiyəçi nəzarət etməlidir ki, uşaqların hamısı hansı oyuncaqların gizlədildiyini yadda saxlasın.