Bu maraqlıdır!

Kalsit

Kalsit ən çox yayılmış minerallardan biridir. 


Müxtəlif formalarda kristallaşmış kalsium karbonat olaraq təyin olunan və fərqli rəng xüsusiyyətlərinə sahib ola bilən kalsitin ölçüsü 1 ilə 100 mm arasında dəyişir. Şüşə kimi  kövrəkdir.

 

Təbaşir, mərmər və əhəngdaşının əsas tərkib hissəsidir.


Adətən rəngsiz və ağ rəngli, bəzən sarı, qırmızı, boz, yaşıl, qonur, qara kimi müxtəlif rənglərə boyanır. 


Kalsit ən asan tapılan daşlardan biridir. Müxtəlif sahələrdə də istifadə olunur. Asan qırılan quruluşa malik olan bu daş zərgərlik sahəsində də istifadə olunur. Təbiətdə geniş yayılmış kalsit daşı zərgərlikdən başqa bəzək əşyalarının istehsalında da istifadə olunur. Rəngli kalsit daşları kolleksionerlərin ən  çox diqqətini çəkən parçalardandır.


Kalsitin yüklənmə sürətində dispersiya xüsusiyyəti sayəsində bir çox sahədə əsas aktiv maddə və ya ikinci dərəcəli kimi istifadə olunur. Eyni zamanda istifadə edildiyi materiallara elastiklik qatma xüsusiyyətinə malikdir.

 

Kalsitin əsas istifadə sahələri bunlardır: Döşəmə, linoleum sənayesi, plastik və kabel sənayesi, tikinti sənayesində suvaq istehsalı, qida və yem sektoru, keramika sənayesi, əczaçılıq sənayesi, kağız sənayesi, boya sənayesi, yapışdırıcılar.