Bu maraqlıdır!

Gəmilər

Cisim suya batan vaxt o, suyun bir hissəsini itələyib çıxardır. Su isə öz növbəsində, cismi yuxarı itələyir. Gəmilər çox ağırdırlar, amma onların gövdələrində sudan yüngül olan hava ilə dolmuş böyük boşluqlar var. Ona görə də gəminin itələyib çıxardığı bütün suyun çəkisi gəminin özünün çəkisindən böyükdür. Gəminin sıxışdırıb çıxartdığı bütün suyun çəkisi gəminin çəkisindən böyük olduqca, gəmi heç vaxt batmayacaq.

 

Hava yastıqlı gəmilər suda üzürlər, lakin onlar adi gəmilər kimi suya oturmurlar, gəmini su üzərinə qaldıran hava qatında süzürlər. Hava yastıqlı gəmilər təkcə suda deyil, yerdə də hərəkət edə bilərlər.

 

Ən böyük gəmilər neft tankerləridir. Onlar arasında uzunluğu yarım kilometrə çatan, çəkisi 1000 aerobusdan ağır olan nəhənglər var. Dayanmaq üçün bu nəhənglərə tormozlanmadan sonra təxminən 20 dəqiqə vaxt tələb olunur.

 

İrlandiya və Uelsdə balıqçı qayıqları- korakllar, yəqin ki, dünyada ən kiçik gəmilərdir. Orda bir adam zorla yerləşir.