Atalar sözləri

Atalar sözləri

Dost başa baxar, düşmən ayağa.
***

Dost daşı bərk incidər.
***

Dost dosta tən gərək, tən olmasa gen gərək.
***


Dost dostun sağlığın istər.
***


Dost gəlişi bayram olar.
***


Dost ilə ye iç, alış-veriş eyləmə.
***


Dost ilən bazar dostluğu  pozar.
***


Dost min isə azdır, düşmən bir isə çoxdur.
***


Dost olan eyib görməz.
***


Dost sirrin dost bilər.
***


Dost var ağıla-başa gələr, dost var yağlı aşa gələr.
***


Dost yaman gündə tanınar.
***


Dost yolunda boran olar, qar olar.
***


Dostun sirrin dost bilər.
***


Dostunu mənə de, deyim sən kimsən.
***