Atalar sözləri
Dost başa baxar, düşmən ayağa.
***
Dost daşı bərk incidər.
***
Dost dosta tən gərək, tən olmasa gen gərək.
***
Dost dostun sağlığın istər.
***
Dost gəlişi bayram olar.
***
Dost ilə ye iç, alış-veriş eyləmə.
***
Dost ilən bazar dostluğu pozar.
***
Dost min isə azdır, düşmən bir isə çoxdur.
***
Dost olan eyib görməz.
***
Dost sirrin dost bilər.
***
Dost var ağıla-başa gələr, dost var yağlı aşa gələr.
***
Dost yaman gündə tanınar.
***
Dost yolunda boran olar, qar olar.
***
Dostun sirrin dost bilər.
***
Dostunu mənə de, deyim sən kimsən.
***
10.06.2023