Təbiət

Burulğan

Burulğanların müəyyən təhlükə kəsb etməsinə baxmayaraq, onlar heç vaxt nəyisə içinə çəkmək, udmaq gücündə olmurlar. 

 

Siz yəqin xırda çaylardan əmələ gələn balaca burulğanları çox görmüsünüz. Onlar sahilin bir parçasının irəli çıxıb suyun qabağını kəsdiyi və bununla da axına bir fırlanma hərəkəti verdiyi yerlərdə yaranır.

 

Xırda bir nahiyədə fırlanan su, burulğanın qırağına can atır deyə, onun mərkəzində bir çökəklik əmələ gəlir. Bu, mərkəzdənqaçma qüvvəsinin nəticəsidir. Biz içində su olan vedrəni möhkəm hərləyəndə, suyu yerə tökməyə qoymayan da elə həmin qüvvədir.

 

Burulğanın ortasında yüksələn hava get-gedə soyuduqca daxilindəki su buxarı sıxlaşır. Nəticədə, ortası boz -ağ rəngli olan hava kütləsi " xortum ", burulğan şəklində görünməyə başlayır. Sıxlaşma davam etdikcə aşağıya doğru uzanan burulğanın ucu yerə çatır. Saatda yüzlərlə kilometr qət etməyə gücü çatan bu xortumların daxilindəki üfüqi istiqamətdə hərəkət edən hava maşınları, ağacları, evləri belə yerlə yeksan edir. Şaquli istiqamətdə hərəkət edən hava isə bunları havaya qaldırır və sovurur.

 

Belə hadisələr daha çox adaların arasındakı dar boğazlarda baş verir.

 

Okeandakı burulğan suyun məhəlli yox, geniş miqyasda turbulent, yəni fırlanan hərəkətinin nəticəsidir.

 

Burulğanlara dünyanın müxtəlif yerlərində rast gəlmək olur. Onların ən məşhurları Malström, Xaribda və bir də Niaqara şəlaləsinin töküldüyü yerdən aşağıda əmələ gələn burulğanlardır. Malström Norveç sahilləri yaxınlığında, Xaribda, İtaliya ilə Siciliya arasındakı boğazdadır.