Şeirlər

Zəminə Xınalı. Azərbaycan türk dünyası

Odlar yurdu od diyarı, 
Qəhrəmandır oğulları. 
Əzəmətin məğrur-mətin, 
Nə gözəldir dəyanətin, 
Tanrı günəş dühası - 
Azərbaycan türk dünyası. 
Yaşa, yaşa türk dünyası. 

 

 

 

 

 

 

 

Bayrağımız ucalara, 
Zirvələrə yol açsın. 
Qəlbimizdə arzulara 
Şan-şöhrətin nur saçsın. 
Əzbər olub xoş sədası
Azərbaycan türk dünyası
Yaşa, yaşa türk dünyası. 

 

 

 

 

Əməli çiçək açsın 
Səsi ellərə çatsın 
Dağ kimi vüqarlıdır 
Dostuna etibarlıdır. 
Halal-haqdır mayası
Azərbaycan türk dünyası, 
Yaşa, yaşa türk dünyası.