Görkəmli şəxsiyyətlər

Marsel Eme

Təkcə böyüklər üçün deyil, həm də uşaqlar üçün yazdığı əsərləri ilə uğur qazanmış, məşhur fransız yazıçısı Marsel Eme 1902-ci il martın 29-da Fransanın Juani şəhərində anadan olub. 

 

Yaradıcılığa 30-cu illərdə başlayan Marsel Eme özü də deyirdi və inanırdı ki, yazmağa tamamilə təsadüfən başlayıb: xəstə idi, cansıxıcı idi və birtəhər vaxt keçirmək üçün yazmağa başlayıb. O, ədəbi həyatında cərəyan-istiqamətlərin heç birinə qoşulmamağa çalışırdı: “Mən ancaq öz zövqüm üçün yazıram” deyə dönə-dönə təkrar edirdi. “Yazıçı üçün uyğun olan yeganə tərəf onun əsəridir” – onun qəti fikri idi. 

 

O, 1930-cu ildə “Adsız küçələr”, 1933-cü ildə “Yaşıl madyan”, 1934-cü ildə “Cırtdan”, 1935-ci ildə “Alçaq ev”, 1936-cı ildə “Surdin dəyirmanı” romanlarını, “Şəkilli quyu” adlı hekayələr kitabıın nəşr etdirib.

 

Marsel Eme əsasən kənd mövzusunda yazan bir yazıçı kimi tanınıb. Onun əsərlərində fransız kəndinin həyat tərzi, yaxud şəhərə köçmüş kəndlinin iztirabları əsas mövzu idi.

 

Yaradıcılığının ən məhsuldan dövrü olan 40-cı illərdə yazıçı “Divardan keçən adam” (1943), “İnəklər” (1942), “Şagirdlər yolu” (1946), “Paris şərabı” (1947), “Urinus” (1948) və nəhayət tərcüməsi təqdim olunan “Vuivra” (1943) romanı yazıb. 

 

Marsel Eme 1967-ci il oktyabrın 14-də Parisdə vəfat edib.