Bu maraqlıdır!

Qatar və ya avtomobillə dənizi keçmək mümkündürmü

Baxmayaraq ki, həmişə alınmır, bu mümkündür. İki ərazini ayıran dənizin uzunluğu və onun dərinliyi o qədər də çox deyilsə, iki sahili birləşdirən körpü və ya tunel tikmək mümkündür. 1980-1994-cü illərdə çəkilən Fransa ilə Böyük Britaniya arasında La-Manş boğazındakı tunel üç hissədən ibarətdir, onun ikisi ilə sərnişin qatarları hərəkət edir, üçüncüsü isə ventilyasiyanı və təhlükəsizliyi təmin etmək üçündür. Bu qayda ilə Yaponiyanın bir neçə adasını birləşdirən və Danimarka ilə İsveç arasında avtomobil yollarından ibarət böyük körpü tikilib.