Bu maraqlıdır!

Təyyarələr

İnsan tərəfindən idarə edilən uçan aparatların mühərrikləri yox idi. Bu planerlər idi və onları yüksək təpələrdən və ya hündürdən asılmış burazlardan buraxmaq lazım idi ki, onlar havaya qalxa bilsin. Planer yaradıcılarının pionerlərindən alman Liliental XIX əsrin son illərində 2000-dən artıq uçuş etmişdir. 


Sonralar planer düzəltmək təcrübəsi olan amerikalı Uilber və Orvill Rayt qardaşları öz planerlərinin birinə avtomobil mühərriki quraşdıra bildilər və öz ilk aeroplanlarında 12 saniyə ərzində 30 metr məsafəyə uçdular. Bu, 1903-cü il dekabrın 17-də baş verdi və onlar bu aparatı “Uçağan”  adlandırdılar.

 

Təyyarələr niyə uçur?
Bu suala bir sözlə cavab vermək olar: qaldırıcı qüvvənin köməyilə. Uçuşu təmin edən əsas elementlər hava və qanaddır. Əslində təyyarəni hərəkətə gətirməyə məcbur edən üçüncü əsas faktor-mühərrik də var.


Mühərrikin gücü təyyarəni havaya qalxmağa kömək edir. Uçuş zamanı sürət qanadları altında təyyarəni havaya qalxmağa məcbur edən hava qüvvəsi yaradır, buna qaldırıcı qüvvə deyilir. 

Helikopter təyyarədən nə ilə fərqlənir?


Quşlar kimi, insan tərəfindən ixtira edilən uçan aparatlara da qanad lazımdır. Təyyarələrdə o hərəkətsizdir, helikopterlərdə isə o fırlanır. Bu sadə fərq həm də onda özünü göstərir ki, təyyarə yerə düşməmək üçün daima hərəkətdə olmalıdır, onların qalxıb-enməsi üçün böyük meydança tələb olunur. 


Helikopterin pərləri isə onlara havada asılı qalmağa, heç bir xüsusi meydan tələb etmədən şaquli qalxıb-enməyə, həmçinin havada olarkən istənilən istiqamətdə hərəkət etməyə imkan verir.