Bu maraqlıdır!

Reklam nədir

Reklam qısa müddət ərzində bizim hər hansı bir şeyə marağımızı oyatmaq üçün məlumatdır. Bu, sözsüz ki, bizim diqqətimizi cəlb etmək üçündür. 

 

Reklam maraqlı, təəccübləndirici, xüsusi, inandırıcı və satışı artıra biləcək olmalıdır.


Hər hansı dəqiq bir mala (avtomobilə, ətirlərə və s.), onun qiymətinə, keyfiyyətinə diqqətimizi cəlb edən elanlar da reklamdır. Əgər elanın konkret forması olamasaydı, bizə bu və ya başqa malı seçmək çətin olardı. 


Bütün kütləvi informasiya vasitələri reklam ilə doludur: mətbuat, televiziya, kino, İnternet...o hər yerdə, hətta gözləmədiyimiz yerlərdə də görünür. Şosse yollarında və şəhərlərdə reklamların yerləşdirlməsi üçün xüsusi yerlər, məsələn reklam lövhələri ayrılır. 


Reklam adamlara təsir edir, əgər belə olmasaydı, biz onu bir belə çox görməzdik.


Reklam-nə isə vərdiş etdiyimiz və tanış olan bir məhsulu seçim etməyə imkan verən məlumat vasitəsidir. Ancaq reklamdan təkcə ərzaq məhsullarının və ya avtomobillərin satılması üçün istifadə etmirlər, o həm də bu və ya digər dövlətin görməli yerləri, təyyarə xətlərində qiymətləri barədə məlumatları təqdim edə və ya bizi siyasi xadimlər, artistlər və s. ilə tanış edə bilər.


İndiki dövrdə reklam bazarı doldurub və həyatın bütün sahələrini əhatə edir, həmçinin insanların qərarlarına və arzularına təsir edir.


Reklamı bir çox nəzər nöqtəsindən təhlil etmək olar, məsələn, o kimə ünvanlanıb: ailəyə, kişilərə, qadınlara, gənclərə, uşaqlara, mütəxəssislərə və s.; hansı məhsul tipini göstərirlər: ərzaq məhsulunu, bərbəzək əşyasını, banklar barədə məlumatları... Eyni zamanda biz onun texniki aspektlərinə, yəni o necə istifadə edilir: müddəti:, neçəyə başa gəlir, hansı kütləvi məlumat vasitələrində satılır, satış artıbmı və s.


Biz istehlakçıların müəyyən hüquqları var və reklam verənlər ona hörmət etməyə məcburdur. Buna görə də reklama tələbkar münasibət göstərmək lazımdır və tələblərinə uyğun olaraq bir-birinin əksinə olan və həqiqətə uyğun olmayan məlumatların verilməsinə yol verilməməlidir.