Şeirlər

Zahid Xəlil. Ləpələr

Köpüklənib göy dəniz,
Ləpələr ağbaşdılar.
Qaçdı – tutdu oynayan
Bir neçə yoldaşdılar.
Bir – birini qovdular,
Göy təpələr aşdılar.
Başlarının üstündə
Qağayılar uçdular.
Qəşəng qanadlarıyla
Ağ yelkənlər açdılar.
Xırda – xırda balıqlar
Bu oyunda çaşdılar.
Dəcəllərin yolundan
Bir kənara qaçdılar.
Sahildə göy ləpələr
Möhkəm qucaqlaşdılar.