Şeirlər

Aysel Mübarizqızı. Ay ana, hər zaman borcluyam sənə!

Dünyada tək varlıq yalnız ana
Gecələr, gündüzlər qalar qayğına.
Bir ömür mənə can yandırana
Ay ana, hər zaman borcluyam sənə...


Dünyada hamıdan əzizsən mənə
Həyat verib qayğı göstərdin mənə.
Ana, halal eylə südünü mənə
Ay ana, hər zaman borcluyam sənə...


Əlimdən ilk tutub yeridən sənsən
Mənə dil açmağı ilk öyrədənsən.
Bütün ilklərimin səbəbi sənsən
Ay ana, hər zaman borcluyam sənə...


Səninlə rənglənir dünya çəməni
Varlığınla xoşbəxt edirsən məni.
Allahım hər zaman qorusun səni
Ay ana, hər zaman borcluyam sənə...