Bu maraqlıdır!

Su kranı necə işləyir?

Biz öz evlərimizdə çaylardan və göllərdən götürülmüş sudan istifadə edirik. Əvvəlcə təbii su təmizləyici qurğudan keçir, onu istifadə etmək üçün yararlı hala salırlar, sonra isə su boruları ilə evlərə ötürülür. Su kranı bizə boru ilə gələn suyun yolunu açıb-bağlamağa imkan verən mexanizmdir. Kranın dəstəyini fırlayan zaman onun içərisindəki xüsusi bolt hərəkət edərək su keçən deşiyi açır və ya bağlayır. Kranın bütün hissələri daima su ilə təmasda olduğu üçün suyun təsirindən korlanmayan və paslanmayan materiallardan hazırlayırlar.