Əsas etibarilə mineral gübrələrin (superfosfat, termofosfat, ammofos və b.) istehsalında istifadə edilən apatit sarımtıl, agımtıl-yaşıl, sarımtıl-yaşıl, mavi, bənövşəyi, boz, qırmızımtıl-qəhvəyi, qəhvəyi, tüstü rəngli olur.
Böyük ölçülü çubuq formalı və prizmatik apatit kristalları qranit və qələvi peqmatitləri üçün səciyyəvidir.
Apatit kimya və keramika sənayesində, metallurgiyada, kibrit, donuq şüşə istehsalında və başqa sahələrdə də tətbiq olunur.
Apatitin genetik baxımdan ən müxtəlif yataqları içərisində əsas yeri onun maqmatik və çökmə yataqları tutur. Maqmatik apatitin böyük yığınları qələvi püskürmə süxurlarında qeyd edilir. Apatit yataqları Braziliya, ABŞ, Çili, Cənubi Afrika, Finlandiya və dünyanın digər yerlərində də tanınır.
01.04.2024