Bu maraqlıdır!

Albumin

Albuminlər heyvan və bitkilərin toxumalarının bir hissəsi olan, suda həll ola bilmək qabiliyyətinə malik zülallardır. Suda, duz məhlullarında, qələvilərdə yaxşı həll olunur. 

Albuminlər südün (laktalbumin), yumurta ağının (ovalbumin) və qan serumunun əsas komponentləridir.

Qandakı zülal miqdarının təxminən 60%-ni təşkil edən albumin qan dövranında olduğu kimi bədən toxumalarında mayelərdə də mövcuddur. Başqa sözlə; Albumin orqanizmin qanında, əzələsində, dərisində, tərində, göz yaşlarında, mədə mayelərində və safrada olan bir zülal növüdür.

Zülal növü olan albumin qaraciyər tərəfindən gündə təxminən 12-14 qrama  qədər sintez olunur. Albuminin başqa bir xüsusiyyəti də suda çətin həll olunan yağ turşularının qan vasitəsilə daşınmasını təmin etməsidir.

Abuminin ən tanınmış tipi zərdab albuminidir. Bu, adətən, qanda və ya zərdabda tapılır.