Şeirlər

Mina Rəşid. Mən polis olacağam

Ata, evi yoxdurmu?
Polis getmir gecə də.
Nə vaxt baxsam ordadı
Polis durub küçədə.


Atam deyir, ay Polad,
Polis bizi qoruyur.
Yurdun işıqlarını,
Yolu, izi qoruyur.


Əsgər kimi dayanıb,
El üçün candan keçir.
Bütün günü çalışır
Ağı qaradan seçir.


Mən də qoruyacağam
Atamı və anamı...
Çünki polis olacam
Qoruyacam hamını!