Şeirlər
Cəvahir Tanrıverdi. Yağma yağış
Yağma, yağış, oynamağa tələsirəm,
Uşaqları çağırmağa tələsirəm.
Oyunumuz maraqlıdır, yağma, yağış.
Oyunumuz “Gizlənpaç”dır, yağma, yağış.
Nə edim ki, sən yağmağa başlayırsan,
Uşaqları evlərinə yollayırsan.