Nağıllar, hekayələr

Lev Tolstoy. İki dost

İki dost meşədə gəzirdi. Birdən qarşılarına bir ayı çıxdı. Dostlardan biri tez qaçıb böyük bir ağaca dırmaşdı, özünü gizlətdi.

 

Digəri isə ortalıqda qaldı. Nə edə bilərdi ki?.. Düşündü ki, ancaq üzüqoylu yerə uzanıb özünü ölülüyə vursa, bəlkə, xilas ola bilər.

 

Elə düşündüyü kimi də elədi.

 

Ayı gəlib onu iyləməyə başlayanda da nəfəsini tutdu. Ayı onu ölmüş bilib çıxıb getdi.

 

Ayı gedəndən dərhal sonra ağaca dırmaşan dost aşağı enib dostunun yanına gəldi. Gülə-gülə dedi:

 

– De görək, ayı sənin qulağına nə pıçıldadı?

 

– Bilirsən, nə pıçıldadı? Mənə dostları təhlükədə olanda qaçıb gedən adamlardan uzaq olmağı söylədi!...