Şeirlər
Əziz Musa. Əsgər olacağam mən
Vətənimin, elimin,
İgid balasıyam mən.
Bu yurdun alınmayan,
Uca qalasıyam mən.
Qürurla boylanaraq,
Üç rəngli bayrağıma.
Keşikçi olacağam,
Öz doğma torpağıma.
Ən qəhrəman bir əsgər,
Olacağam bilin mən.
Mənimlə fəxr edəcək,
Doğma yurd, doğma vətən.
12.06.2026