Nağıllar, hekayələr

Salam Qədirzadə. 46 bənövşə (3-cü hissə)

SARIŞIN KİM İDİ


Ukraynada, öz doğma kəndlərində, ataanasının yanında bəxtəvər günlər keçirən Alyonuşka bir gecədə hər şeyi  kəndlərini də, ataanasını da, bəxtəvərliyini də itirdi! Və əvəzində qızcığaz həmin gecə yurdsuzluq, kimsəsizlik tapdı, kədər tapdı.
Lenanın yaxşı yadındadır…

Qəşəng qızları, igid oğlanları ilə Dnepr sahillərində məşhur olan Semixatka ikiüç il əvvəl tamam başqa cür idi. Vaxtilə cəmisi bir neçə daxmadan ibarət olan kənd  Alyonuşka o günləri xatırlamırdı, atasından eşitmişdi  sonralar eninəuzununa böyüyüb yaşıllıq içərisində genişlənmişdi. Bu səfalı guşənin sakinləri dərddənqəmdən uzaq, xoşbəxt, firavan bir həyat sürərdilər.  Semixatkanın gözəl mənzərəsi, mülayim təbiəti vardı. Bahar gecələri ulduzlar sanki çay tökülüb cilvələnən ləpələrdə yuyunardı.  Ay, kəndin üstündə yanan qəndil kimi bütün həyətlərə nur səpələrdi.  Qızlar, oğlanlar çay qırağındakı «Güllü düzənlik» adlandırdıqları yerə toplaşıb bayan çalar, rəqs edər, səssəs verərək oxuyardılar.  Kəndin mahnıları sağ sahildə eşidiləcək, o tayın da cavanları körpüdən axışıb Semixatkaya şənliyə gələrdilər.
Qışda, çayın üstü şüşə təkin sal buz bağlayanda bu qaynaşma birəbeş artardı.  Xizək, konki sürənlərin, qar topu oynayanların sayıhesabı olmazdı.  Kimi tüfəng götürüb yaxın meşələrə quş ovuna, kimisi də sahilə balıq tutmağa yollanardı. Yayda «Güllü düzənlik», qışda buzlu Dnepr gənclərin əyləncə məskəni idi.  Çox vaxt subay oğlanlar qəşəng qızları burada gözaltı elər, bəzən də sevgililər burada inciyib, küsərdilər…
Lakin müharibə Semxatkanın da növrağını pozdu. Dneprin buzları sındı, düzənliyin gülləri soldu!  Kəndin şənliyi getdi, mahnısı kəsildi!
Kişilər, cavanlar cəbhələrə, gəlinlər, qızlar fabriklərə, zavodlara yola düşdü. Yerdə qalan ahıllar, qadınlar isə gecəgündüz kolxozda işlədi.  Sevgililər daha görüşmədilər, heç kəs quş ovlamağa, balıq tutmağa çıxmadı.  Həmişə toybayram içində yaşayan bir evin böyük ailəsinə qəfil fəlakət üz verdi  çıraqlar söndü, şənlik matəmə çevrildi.  Sevinən ürəklər kədərləndi, gülən gözlər qüssələndi…
Müharibə başlanandan sonra ertədən yatmağa alışmış kənd, yenə axşamdan mürgüləyirdi. Pəncərə qabağında çarpayıda uzanmış Lenanın gözlərinə yuxu getmirdi.   O, nəzərlərini lacivərd göylərə dikmişdi aya, ulduzlara baxırdı, fikirləşirdi. Otaqda sakitlik idi. Soba üstündə yatmış atasının  kolxozdan yorğunarğın gəlmiş atasının fısıltısından başqa heç nə eşidilmirdi.  Lena bu səsə çoxdan öyrəşmişdi. Sağ qolu şikəst olan kişi tək əllə işlədiyindən, yamanca yorulur, sonra ağrısını çəkirdi.  İndi nədənsə, atasının fısıltısı qıza bir xəstə adamın zarıltısını xatırlatdı.  Ürəyində onun halına acıdı.  «Yazıq kişi, səhərdən axşamadək o qədər çalışır ki, gecələr daş kimi düşüb qalır.  Davadan qabaq nə gözəl günlər keçirirdik!   Heyf qədrini bilmədim!..  Atam meşəbəyi olanda, ev işlərini anam özü görürdü.  Mən təkcə dərsimə baxırdım.    İndi ikisi də sübh açılanda gedib, bir də qaş qaralanda qayıdır.  Doyunca üzlərini də görmürəm.  Əvvəllər mən nə idi, belə ertədən yorulub, yatdı nə idi!   Həyətbacanı sahmana salmaq, evi yığışdırmaq, paltar yumaq, xörək bişirmək…  sonra isə dərsə hazırlaşıb məktəbə getmək  bunlar məni lap əldən salır.  Ağrıdan bütün bədəim gizildəyir…  Axşamdan hərə öz qaranlıq daxmasına çəkilib səhərin nə cür açılacağını gözləyir.   Bu gün yatan, sabah salamat duracağına inanmır…»
Lena uşaqlarla Dneprdə çimdiyini, «Güllü düzənlik»də çığırbağır salaraq toptop oynadığını, qarlı təpələrdən xizəkdə sürüşdüyünü yadına saldıqca, az qala ağlamaq dərəcəsinə gəlirdi.  Qız ürəksıxıcı fikirləri beynindən qovmaq üçün özözünə toxtaqlıq verdi  «Yox, belə düşünmək ağılsızlıqdır.  Bir də, axı mənə nə olub ki! Atam, anam sağsalamat, yanımdadır, özüm də hələ əvvəlki kimi məktəbdə oxuyuram.  Yəqin bir vaxt hər şey qaydasına düşəcək.  Kəndin cavanları qayıdacaq, yenə əvvəlki şənlik başlanacaq.  Uşaqlar yenə küçədən pəncərəmizi döyüb «Saışın gəl, güllü düzənliyə gedirik»  deyə məni çağıracaqlar…»
Lenanın kəhrəba rəngli parlaq saçları vardı. Oynayanda həmişə üzünə tökülərdi. Kənddə bir neçə Lena olduğundan, bəzi yoldaşları ona sadəcə olaraq «Sarışın» deyərdilər.  Əvvəllər qız bu sözü eşidəndə cinlənərdi, onlardan heyfini alardı.  Lakin sonralar qılağı alışdığından, daha heç kəsə dəyməzdi.  Hətta axır vaxtlar bütün kənd adamı Lenanı belə adlandırardı  «Sarışın».
Onda Alyonuşkanın on beş yaşı vardı, səkkizinci sinfə təzəcə keçmişdi.  Dəcəlliyinə baxmayaraq, məktəbdə oğlanlar da, qızlar da xətrini istəyirdilər.  Sarışın iştirak edən yerdə hər zaman gülüşmə, şadlıq başlardı…
Lena yerinin içində çox düşündü.  Ötən günlər birbir geri qayıdıb, gözlərinin qabağında durdu və o, qəfildən yorğanı kənara ataraq ayağa qalxdı.  Bu hənirtini eşidən anası sobanın üstündən boylandı
Alyonuşka, qızım, sənsən  deyə arvad yuxulu səslə soruşdu. Lenanın geyindiyini görcək, təəccübləndi və tez aşağı endi. Dəli olmusan, nədir Gecənin bu vaxtında hara hazırlaşırsan?
Ürəyim yaman sıxılır, anacan, yata bilmirəm. Çıxıb bir az gəzmək istəyirəm.
Hara gedəcəksən?
Bütün kəndi ayaqdan salacağam, ana.  «Güllü düzənliyə» enəcəyəm, lap çay qırağına qədər gedəcəyəm.
Arvad matməəttəl qaldı, deməyə söz tapmadı, qollarını sinəsində çarpazlayıb dayandı.
Lenanın astanaya yaxınlaşdığını görəndə dilləndi.
Onda qoy mən də səninlə gedim.
Yox, ana, sən yorğunsan, yat, dincəl. Məndən nigaran qalma, tez qayıdaram.
Alyonuşka atasını oyatmamaq üçün arxasınca qapını çox asta örtdü.  Ananı fikir götürdü  Olmaya Lenoçka bu kiçik yaşında kiminləsə xəlvəti görüşür  Bəlkə kənd qırağına gələn əsgərlərdən biri onu tovlayıb yoldan çıxartmışdır  Yox, yox!  Mənim qızım hələ uşaqdır, elə şeyləri başa düşməz,  deyə arvad yeganə övladı olan Alyonuşkanın ailədən gizli iş tutacağanı ağlına sığışdıra bilmədi.  Pəncərədən qızının ardınca baxdıqdan sonra keçib yerində uzandı və küçədən onun mahnısı eşitdi.
Lena gecənin sakitliyində həzinhəzin oxuyurdu.
Şaxta axşamkına nisbətən xeyli artmışdı. Cigərlərə yayılan sərt havadan adam qəlbində bir yüngüllük duyurdu.  Ertədən astaasta yağan quşbaşı qar hər tərəfə pambıq kimi döşənmişdi.   Lena adddımladıqca keçə çəkmələrinin altından xoş bir xışıltı eşidilirdi.  Göylər təmiz və ləkəsiz idi.
Kəndin üzərinə sanki zəif, göyümtül işıq salınmışdı.Üstü qarla örtülü kiçik ağ evlər də, dolama yollar da, sıx şam ağacları da Alyonuşkanın uşaqlıqda nənəsindən eşitdiyi nağıllardakı təkin əsrarəngiz görünürdü.   Qız hər şeyi ilk dəfə seyr edirmiş kimi, bu mənzərənin tamaşasından ürək dolusu həzz alırdı. Semixatkanın bu cür səfalı havasını, kəndlərinin belə gözəl olduğunu elə bil Alyonuşka bu gün duyurdu.
O, hara getdiyinin fərqinə varmadan, astaasta addımlayır, qırıqqırıq oxuyaraq, üzü çaya tərəf aşağı enirdi.    Lena «Güllü düzənliy»in yanından ötərək qumlu sahilə çatdı, tənha bir ağcaqayına söykənib dayandı, bənövşə kimi başını yana əydi, Dneprə baxdı.  Sakit axan sularda ay ulduzlarla üzürdü.  Qarşı təpədəki hündür şam ağacları da bu nur selində yuyunurdu. Alyonuşkanın əli dinc durmadı, yerdən bir daş götürüb çaya atdı.  Elə bu anda sudakı ay da, ulduzlar da batdı, şam ağacları birbirinə qarışıb yox oldu.  Azacıq keçməmiş daşın düşdüyü yerdə ləpələr halqahalqa böyüyüb uzaqlaşdı və sonra ayna sularda hər şey yenə öz əksini tapdı.
Lenoçka müharibənin başlandığı günləri xatırladı.  Ölkənin sakit, işıqlı həyatı da düşmən gülləsindən bircə anda beləcə pozulmuşdu.  Fərq təkcə onda idi ki, söndürülmüş ulduzlar hələ yandırılmamış, yıxılmış şamlar yenidən dikəlməmişdi.
Alyonuşka, deyəsən, çayın sahilində çox dayanmışdı.  Üşüdüyünü hiss edən qız, ağacdan ayrılıb evə tərəf yollandı.  Bu zaman uzaqdan, lap uzaqdan, həm də naməlum səmtdən qulağına boğuq bir uğultu gəldi.  Kənd qırağından bir neçə projektor zolağı nizə kimi göylərə sancıldı.   Həmin dəqiqə zenit topları albadal atmağa başladı.  Qız, evlərinə yaxınlaşdıqca, uğultu da, top səsləri də bərkidi.  Azacıq sonra o, yuxarı baxanda başı üstə alman təyyarəçilərini görcək özünü itirdi.
Ana!..  deyə Lena sövqitəbii ilə necə qışqırdığını dərk etmədi.  O, öz səsinin son nidalarını eşitmədi.  Qəfildən qulaqbatırıcı bir vıyıltı, sonra yerigöyü lərzəyə gətirən bir gurultu qızcığazı qasırğaya düşmüş zərif kəpənək kimi qıraba tulladı.  Kənd odlu lağım təkin qaynadı.  Torpaq göyə sovruldu… Daha Alyonuşka heç nə görmədi, heç nə eşitmədi. Üzüqoylu yıxılıb bayıldı.
…Sarışın gözlərini açanda ayağa qalxa bilmədi.  Özünü ölümlə həyat arasında sandı. Əcəl imkan tapmadığından, qızının canının ancaq yarısını qoparıb aparmışdı, yoxsa… Yoxsa bu nə idi! Bəlkə Alyonuşka isti evlərində, yumşaq çarpayısında yatıb yuxu görürdü!
Qız bütün qüvvəsini toplayıb, zəif vücudunu hərəkətə gətirdi, ağırağır tərpənərək əvvəl dizi üstə dikəldi, sonra zorla ayağa qalxdı.  Qalxdı, səndirlədi, lakin yıxılmadı, qollarını yanlara açıb müvazinətini saxladı.  Qaranlıqda gördüyü nəhəng tonqallar onun gözlərini qamaşdırdı.  Qəlbinə vahimə doldu.  Biri lap yaxında  Lenanın on beşiyirmi addımlığında şölələnirdi. Bu, alman təyyarəsi idi  onun qanadlarının altında qara əqrəb kimi qıvrılmış nişan işıqda apaydın görünürdü.  Zavallı qızın qəlbini dəhşət bürüdü.   Uzaqda yanaraq alovlu dilləri ilə göyləri yalayan o saysızhesabsız tonqallar Semixatkanın evləri, onlardan da biri Lenagilinki idi!
Doğma kəndlərində ataanasının yanında bəxtəvər günlər keçirən Alyonuşka, bir gecədə hər şeyi  kəndlərini də, ata-anasını da, bəxtəvərliyini də itirdi!  Və əvəzində qızcığaz həmin gecə yurdsuzluq, kimsəsizlik tapdı, kədər tapdı.

 


QIZ MEŞƏYƏ QAÇDI


İki sahili birləşdirən Dnepr körpüsü darmadağın edilib suya töküldüyündən, düşmən Semixatkaya girməyə xeyli çətinlik çəkdi.  Yanıbdağıdılımş kəndin salamat qalan sakinləri vəzndən yüngül, qiymətdən ağır şeylərini yığışdıraraq doğma ocaqlarından didərgin düşdülər.   Lena da onlara qoşulub getdi.   Semixatkalılar sovet döyüşçülərinin olduğu əraziyə yollanıb, orada nicat tapmaq istədilər.  Lakin düşmən Dnepri adladıqdan sonra irəli basqın edib, sol sahildəki kəndlərə qarışqa kimi daraşdı.
Əvvəllər orduya yazılıb ataanasının intiqamını almaq ümidilə yaşayan Lenanın bütün arzuları altüst oldu.   Almanlar yerli camaatı dəstədəstə maşınlara basıb, xəndək qazmağa, yol düzəltməyə, zavodlarda işləməyə ucqar şəhərlərə, kəndlərə apardılar.   Ana oğuldan, ər arvaddan, bacı qardaşdan ayrı düşdü.  Bu vaxt kimsəsiz Alyonuşka da Semixatkadan uzaqlarda, heç kimdən soraq tutmadan, təktənha əsir qaldı.   Qızın bütün dərdi, kini ağır qurğuşun kimi düy
ünlənib ürəyindən asıldı.
Almanlar hər gün alaqaranlıqdan onları qabaqlarına qatıb, öz bombaları ilə dağıdılmış şose yollarını düzəltməyə məcbur edirdilər.  Belə ağır zəhmətə alışmamış balaca Lenanın zərif əlləri qabar bağlayır, əyilibdüzəlməkdən beli, dizləri sancırdı.  Lakin hələlik bu əzabdan heç bir çıxış, qurtuluş yox idi. Ətraf tamam almanların əlində idi. Qızcığaz hansı tərəfə qaçsaydı, hər yerdə onu bu cür ağır, məcburi əziyyətlər gözləyirdi.  Qocalıqdan əlayağı əsən kişilərin, övlad həsrətindən içiniçin göz yaşları axıdan uşaqların nə müsibətlər çəkdiyini görəndə Lena az qala öz dərdini unudurdu, onlar üçün ürəyinin başı ağrıyırdı.
Lakin axşamlar işdən sonra həmyerlilərilə elədiyi söhbətlər qızın ümidini  artırır, damarlarında qanını coşdururdu…    
Müharibənin başlandığı iki ilə yaxın idi.  Bu müddət ərzində on ilin işgəncəsinə qatlaşmış Alyonuşkanın canı artıq bərkiyib möhkəmlənmişdi.
Bu gün yerli camaatı yenə sıx meşədən keçən dağıdılmış bir yolu düzəltməyə səfərbər etmişdilər. Lena da onların arasında idi. Üstündən minlərlə zirehli maşınlar, ağır tanklar, nəhəng toplar adlamış, alman soldatlarının çəkmələri altında tapdalanıb bərkimiş torpağı qazmaq o qədər də asan deyildi.  Səhərdən fasiləsiz işləyən adamların nəfəsi təngimişdi. Nəzarətçi almanlar, beşcə dəqiqə dayanıb dincəlmək istəyənləri arxadan silahlarının qundağı ilə vuraraq çığırır, təhqir edir, hədələyirdilər.  Onların nə dediyini yaxşı başa düşən Lenaya bu hərcayi söyüşlər daha ağır gəlirdi, kinindən dişi bağırsaqlarını kəsirdi.  Qız var qüvvəsini toplayıb beli yerə sancmağa səy göstərsə də, bir şey çıxmır, ancaq özünü yorurdu.   Bayaqdan başının üstündə durmuş soldat, göy gözlərini Lenadan ayırmadan baxır və nə isə fikirləşərək hiyləgərcəsinə gülümsəyirdi. Tez-tez əyilibdüzəldikcə qızın yaxasından görünən balaca, ağ döşləri və ətəyi altından açıqda qalan qıçları alman soldatını şəhvətə gətirmişdi.   Bundan xəbərsiz olan Alyonuşka isə heç nəyə məhəl qoymadan, tər tökərək işləyirdi.
Ey, rus, yorulmusanmı  deyə soldat avtomatının kəmərini çiyninə aşırıb dilləndi.    Lena başını qaldıraraq qəzəblə ona baxdı, lakin danışmadı.  Soldat gözlərini qızdan çəkmədən bir siqaret çıxarıb yandırdı.
Sən get, dincəl,  dedi.   Mən icazə verirəm… 
Lena pozuq rus dilində danışan soldata, təmiz almanca cavab qaytardı
Ona qalsa, tək mən yox, hamı yorulub.  Sənin qocalara, uşaqlara yazığın gəlsin!
Soldat siqaretini sümürdü.   Tüstünü burnunun dəliklərindən buraxaraq, yanyörəsinə baxdı.  Briqadir zabitin uzaqlaşıb hara isə getdiyini görcək, on beş dəqiqə fasilə elan etdi. Lenanın mənsub olduğu dəstə işdən əl saxladı. Hərə bir tərəfə çəkilərək çörək yeməyə, dincəlməyə getdi.
Gün bir boy dikəlmişdi.  Hava həmişəkindən isti idi. Alyonuşka da beli çiyninə alaraq, kölgəliyə çəkildi. Özü ilə gətirdiyi qarğıdalı çörəyini və butulkadakı qaynadılmış suyu çantasından çıxarıb nahar etmək istəyirdi ki, bayaqkı soldatın asta-asta ona tərəf gəldiyini gördü.  Ağzındakı tikə bir parça daşa dönüb, qızın boğazında qaldı.
Al!-deyə alman soldatı yaxınlaşcaq, əlində tutduğu şokoladı Lenaya uzatdı.
Payın artıq olsun!  Mən dilənçi deyiləm!
Alman, avtomatını yerə qoyub, aşağı əyildi.  Sifətinə xoş bir ifadə verməyə çalışaraq onun qarşısında diz çökdü. Oğrun-oğrun ətrafına baxdıqdan sonra, yenə qıza təklif elədi
Al!..  Yeginən!..  Bundan sonra hər gün sənə belə ləzzətli şeylər gətirəcəyəm.  Ancaq gərək…
Lena əli ilə vurub şokoladı otların arasına saldı və cəld ayağa qalxanda, soldat, sərçə üstünə cuman qırğı kimi qızı yaxaladı.  Alyonuşka qışqırmaq istədi, bacarmadı.  Gözləri hədəqəsindən çıxmış alman, əli ilə onun ağzını qapadı, ləhləyələhləyə qızı yerə yıxdı.  Lena çırpındı, çabaladı, birdən necə oldusa soldatın barmaqlarını ağzında hiss etdi.   Və gücü gəldikcə dişlədi. Elə bu dəm qulaqbatırıcı bir söyüş eşitdi.    Soldat, qızı buraxaraq iməkləyəiməkləyə avtomatına tərəf süründü.   Alyonuşka fürsəti fövtə vermədi, yanındakı beli qapıb, tiyəsini zərblə onun başına çırpdı. Soldatın bu dəfəki bağırtısı meşədə əkssəda tapdı,  onun sirsifətini qan bürüdü, getdikcə zəifləyən səsi, sonda xəstə zarıltıya çevrildi və o, böyrü üstə yıxılıb hərəkətsiz qaldı.   Bir an nə edəcəyini dərk etməyən Lena donub matməəttəl ona baxdı. Soldatın qan içində yavaşyavaş örtülən gözlərini görəndə qızı vahimə bürüdü və o, meşənin dərinliklərinə üz tutaraq qaçdı…   qaçdı…

 

MƏRMİ QƏLPƏLƏRİ ALTINDA


Diviziya komandirinin əmri ilə iki yüz nəfərə qədər piyada gecə ikən bərələrlə Dnepri üzüb o biri sahilə keçmişdi.  Döyüşçülərin avtomat tüfəngdən, pulemyotdan və əl qumbarasından başqa ayrı silahları yox idi.  Çayın bu taynıdan onları mühafizə edəcək toplar və minaatanlar hər ehtimala qarşı tam hazır vəziyyətdə dayanmışdı.   Birinci gün düşmənlə həmin piyada hissəsi arasında neçə saat fasiləsiz atışma getmişdisə də, heç kəs geri çəkilmək fikrinə düşməmişdi.   Sonradan Qızılkilsəli kəndinin yaxınlığındakı meşədən gurlayan topların atəşi sovet döyüşçülərini bir az da ruhlandırmışdı.  İndi isə qəfildən iki sahil arasında radio rabitəsi pozulmuşdu.   Belə gedərsə, döyüşçülərin həyatı ciddi təhlükə qarşısında qala billərdi.  Səlimxanov vzvod komandirinə zəng çalıb, Bədirzadə ilə Anarbayevi təcili qərargaha çağırtdırdı.
Zaxarçenko məsələdən agah olsa da, telefonçulara heç nə demədi.
Qulamla Sami Anarbayev polkovnikin kabinetində farağat komandasında dayanıb, onlara nə kimi tapşırıq veriləcəyini səbirsizliklə gözləyirdilər.
Səlimxanov divardan asılmış köhnə xəritədə karandaşını xeyli o tərəfbu tərəfə gəzdirdikdən sonra üzünü döyüşçülərə tutdu və onların gözləmədiyi qəribə bir sual verdi.
Evdən məktub alırsınızmı?
Bəli, yoldaş qvardiya polkovniki, alırıq!  deyə Bədirzadə şaqraq bir səslə dilləndi.
Anarbayev dönüb çəpəikçəpəki Qulama baxdı.
Xeyr, yoldaş qvardiya polkovniki. Mən on yeddi gündür arvaduşaqdan xəbərsizəm.
Diviziya komandiri gözlərini qıyıb güldü.
Mən isə iki aya yaxındır ailəmdən kağız almamışam. Ancaq ona əminəm ki, hamısı  arvadım da, balalarım da, hətta ağsaçlı anam da sağsalamatdır.  Eləcə də sizinkilər!
Anarbayev köksünü ötürdü.
Nədən bilirsiniz?
Çünki onlar cəbhədən, top, güllə səslərindən çoxçox uzaqdadırlar.  Bunlarsız isə insan həyatı ilə təhlükə birbirindən aralı gəzir.  Bizim, arxada  fabrikdə, zavoda, tarlada işləyən analarımız, bacılarımız yaxşı bilirlər ki, hər gün, hər saat neçə soldatın köynəyini tikib əldən çıxarmaq, neçə döyüşçünün silahını hazırlamaq, neçəneçə nəfərin məhsulunu yığmaq lazımdır.   Cəbhədə dəmir qızıldan qiymətli olduğu kimi, arxada çalışıb bizi təmin edən adamlar üçün də vaxt hər şeydən dəyərlidir!  Onlar da gecəgündüz birəbeş zəhmət çəkib işləyirlər, yorulurlar. Bəzən ana övladından, bacı qardaşından, nişanlı qız sevdiyi oğlandan nigaran da qalsa, cəbhəyə bir parça kağızb yazıb göndərməyə vaxt tapa bilmir.   Səlimxanov bu arada üzünü Qulama tutub zarafatla soruşdu  Elə deyilmi, döyüşçü Bədirzadə?
Qulam güldü.
Nişanlı qızoğlan barədə bir söz deyə bilmərəm, yoldaş qvardiya polkovniki, ancaq o birilər tamamilə doğrudur!
Diviziya komandirinin söhbətini diqqətlə dinləyən Anarbayev sanki özünü evlərinə yaxın bir yerdə hiss etdi, qəlbindəki nigarançılıq ondan xeyli uzaqlaşdı.
Elədir, yoldaş qvardiya polkovniki!  deyə o da qeyriiradi olaraq səsləndi.
Səlimxanov yazı stolunun arxasına keçib, fikirli şalda naməlum bir nöqtəyə baxaraq susdu.  Sonra səsinin ahəngini dəyişərək yenidən döyüşçülərə müraciət elədi
Mən sizi bura çox ciddi bir məsələdən ötrü çağırtdırmışam.  Yəqin ki, srağagün piyadalarımızın o biri sahilə keçdiklərindən xəbərdarsınız.
Bəli, yoldaş…
Həm də o tayda vəziyyət gərgindir, bizimkilərlə düşmən arasında cəmisi qırx beşəlli metr məsafə vardır.    Bunları deməkdə məqsədim, yaranmış şəraitlə sizi tanış etməkdir.   Polkovnik trubkasını yandırıb biriki dəfə sümürdükdən sonra mətləb üstünə gəldi  Bu axşam saat on radələrində siz  sən Bədirzadə ilə sən Anarbayev Dneprin bu tərəfi ilə, yəni qərargahla o biri sahil arasında telefon xətti çəkməlisiniz.  Nəzərdə tutun ki, çayın eni bir kilometrə qədərdir.    Bunun üçün indidən bütün hazırlığınızı görüb qurtarmalı, tam vaxtında işə başlamalısınız.  Aydındırmı?
Aydındır!  deyə hər iki telefonçu bir ağızdan dilləndi.
Qayıq tədarükü görülmüşdür. Yarım saat qabaqcadan Zaxarçenko çayın qırağında sizi gözləyəcəkdir.  O biri sahildə isə şübhəsiz ki, yenə bizimkilər qarşınıza çıxacaqlar.  Sualınız yoxdur ki
Yoxdur!
Çalışın elə bu gecə hava işıqlaşmamış geri qayıdın!  Aydındırmı
Aydındır!
Gedin.  Lazımi təfsilatı leytenant Zaxarçenkodan öyrənə bilərsiniz.   Döyüşçülər dönüb çıxmaq istəyirdilər ki, Səlimxanov bir daha arxadan onlara eşitdirdi   həm də bu rabitə çox möhkəm və saz olmalı, hər şey aydın eşidilməlidir!
Əmriniz yerinə yetiriləcəkdir, yoldaş qvardiya polkovniki!  deyə Bədirzadə sinəsini qabardıb, ayaqlarını cütləyərək, sağ əlini qaşının üstünə qaldırdı
Müvəffəqiyyət diləyirəm!

Müvəffəqiyyət diləyirəm!=deyə Zaxarçenko, sahildən astaasta aralanan kiçik qayığın içindəkilərə eşitdirdi.
Ayın zəif nuru Dneprin sinəsində gümüşü bir zolaq cızmışdı.  Uzaqdan adama elə gəlirdi ki, çayın üstündən quruya da bir işıq seli axır.  Hər iki tərəfdə qaranlıq idi, şam meşəsindən başqa heç nə sezmək mümkün deyildi.  Arasıra eşidilən atışma səsləri Dneprdə əkssəda taparaq, daha da güclənirdi.
Qayığın baş tərəfində əyləşmiş Bədirzadə tələsmədən avar çəkir və hərdən geri çevrilərək getdikləri istiqaməti yoxlayırdı.  Arxası Qulama tərəf əyləşmiş Sami isə kəmərini belinə keçirdiyi katuşkadan iki əlli yapışıb möhkəm oturmuşdu.
Hər ikisinin başında dəbilqə vardı. Qayıq ağırağır irəlilədikcə katuşkanın çarxı fırlanır, qırmızı kabel açılaraq bir anlığa suların üstünə sərilir və tez də batıb görünməz olurdu.   Çayın şırıltısından və çarxın boğuq xırıltısından başqa heç nə eşidilmirdi.
İki yüz metrə qədər bu qayda ilə getmişdilər ki, Anarbayev Qulama sarı döndü.
Özünü yorma, gəl yerlərimizi dəyişək,  dedi.  Bir az da mən avar çəkim.
Bədirzadə başını tərpətdi
Vaxtında özüm sənə xəbərdarlıq edəcəyəm.
Yenə susdular.  Yenə bayaqkı yeknəsəq səslər təkrar olundu.   çayın şırıltısı, çarxın xırıltısı.
Deyəsən işimiz yaxşı gətirdi.  Baxtımızdan Dneprə mərmi zad atan yoxdur.
Qulam danışmadı.  Sami sözünə əlavə elədi.
Kaş o biri sahilə üzənə kimi belə sakitlik olaydı!
Qayıq dərinliklərə getdikcə, suya buraxılan kabelin ağırlığından avar çəkmək çətinləşirdi.   İlk baxışda sakit görünən Dnepr, əslində çox sürətlə axır, irəliləməyə maneçilik törədirdi.
Katuşka yarı olubmu  deyə Qulam bir anlığa əl saxlayıb xəbər aldı.
Hələ üç yüz metr ancaq açmışıq.
Saminin təklifi ilə yerlərini dəyişdilər. Anarbayev kürəklərdən yapışcaq əvvəlcə ağırlıq duymadan teztez avar çəkdi.  Lakin ikicə dəqiqə sonra bu sürəti saxlaya bilməyib yavaşıdı.
Sən ölməyəsən, elə bil kabel qayığı geriyə dartır!  dedi.
Qulam gülümsədi.
Hələ bu harasıdır!  İşin ağırı qabaqdadır.  Ancaq xahiş edirəm, tələsmə. Asta gedən çox gedər  eşitmisənmi?
Onu cəbhə üçün deməyiblər.
Birdən düşmən sahəsindən göyə sanki odlu bir nizə şığıdı  qaranlıqları yararaq ucaldı, sonra parlaq qəmə kimi boynunu Dneprin üstünə əydi.  Ətrafı qüvvətli bir işıq bürüdü.  Qarşıdakı şam meşələri, sahil tam aydınlığı ilə göründü, yenə yavaşyavaş əriyərək qaranlığa qərq oldu.  Birinci fişəng təzəcə sönmüşdü ki, ardınca ikincisi, üçüncüsü  atıldı.
Köpək uşaqları başladılar!  deyə Qulam narazılıqla gileyləndi.  Sami də onun sözünə qüvvət verdi
Ara nə yaxşı xəlvət idi!
Birinci katuşkanın kabeli açılıb qurtardıqdan sonra ikincini onun başına peyvənd etdilər. İndi fasiləsiz əllialtmış metrdən artıq avar çəkmək mümkün deyildi. Telefonçular hər üçdörd dəqiqədən bir yerlərini dəyişməyə məcbur olurdular.  Qayıq sanki suda deyil, ərinmiş qurğuşun içərisində üzürdü.
Sami, yolu yarı eləmişik!  deyə dostunun yorğunluğunu bilən Qulam ona təsəlli vermək istədi. Çətini sahilə çıxanacandır. Sonra işlərimiz yağ kimi gedəcək.
Anarbayev nəfəsi təngimiş halda dilləndi
Quruya çıxandan sonra elə nənəm də telefon çəkər!
Nənən var?
Sami ona baxıb başını buladı.
Heç mən ölüm, yeridir!
Yenə fəzaya dalbadal bir neçə fişəng atıldı.  Arxa sahil yaxın olduğundan o tərəf daha aydın işıqlandı. Qulam Anarbayevə tərəf çevrildi. Onun üzündən puçurpuçur tər axırdı
Dur, bəri keç!
Sami dinmədən ayağa qalxdı, katuşkanı ehtiyatla ondan alıb yerini təzəcə rahatlamışdı ki, başlarının üstündə dəhşətli bir fit səsi eşidildi və həmin saniyə yaxınlıqda Dneprin bağrını  dələn vahiməli partlayış qopdu.  Sular parçalanıb göyə qalxdı, şarıltı ilə qayığın üstünə töküldü.  Sami də, Qulam da təpədəndırnağa islandı. İkinci mərmi daha yaxında, daha ucadan nərildədi.  Qəlpələr vıyıltı ilə ətrafa şığıdı.  Qayıq ləngər vurdu.  Müvazinətini güclə saxlayan Sami dönüb təəccüblə Qulama baxdı
Biabırçılıqdır!
Bədirzadə dodaqlarını birbirinə qısmış halda ağırağır avar çəkirdi.
Qəlpələr kabeli kəssə, bütün zəhmətimiz heçə gedəcək!  deyə o, Samiyə eşitdirdi.
Allaha şükür, hələ ki, salamatlıqdır!
Düşmən Dneprdə üzən qayığı yəqin ki, görmüşdü. Birbirinin ardınca atılan mərmilər yavaşyavaş telefonçuların yaxınlığında partlayır, sulardan göyə odlu fəvvarələr püskürürdü.
«Yəqin bizimkilər bu səsküyü eşidirlər.  İşimizin çətinə düşdüyündən xəbərsiz deyillər. Eh! Bircə sahilə yetişsəydik, daha heç dərdim olmazdı!  Aparatı quran kimi dəstəyi götürüb birbaş qərargaha zəng vuracağam».   «Yoldaş qvardiya polkovniki, döyüşçü Bədirzadə danışır!   Əmriniz yerinə yetirilmişdir!   İki sahil arasında telefon xəttini çəkib qurtardıq!».
Qulam bu xəyalda ikən qəfildən diksinən kimi oldu və tez əyilib aşağı baxdı  qayığa yarıya qədər su dolmuşdu!  Onu dəhşət bürüdü, lakin həyəcanını büruzə verib dostunu qorxutmaq istəmədi.
Sami, qalx, yerimizi dəyişək!  dedi və irəli keçərək katuşkanı Anarbayevdən aldı.  Qulam bu dəfə arxa tərəfdə yox, ortada, qurşağa qədər suyun içində oturdu və sol əlini aşağı salıb orada nə isə axtarmağa başladı.   Bəli, o fikrində yanılmamışdı.  Mərminin qəlpəsi qayığın böyrünü bir yerdən əməllibaşlı deşmişdi.  Vaxtı itirmək olmazdı.  Qulam dəbilqəsini çıxarıb suyu qırağa boşaltmağa başladı.
Anarbayev bunu görcək məsələnin nə yerdə olduğunu bildi.
Demək, işimiz əngələ düşdü!
Qulam özünü qayıqda zorbəla ilə saxlayırdı. Dneprə buraxılmış səkkiz yüz metrə qədər kabel həm öz ağırlığı, həm də təzyiqi ilə onu arxaya, qayıq isə irəliyə dartırdı.  Belə vəziyyətdə, suyu qırağa atmaq son dərəcə çətin idi. İndi Qulamın üzü Anarbayevə tərəf olduğundan, katuşkanın kəməri onun sinəsini kəsir, hər iki yandan qabırğalarını kəlbətin kimi sıxırdı.   Artıq nəfəs almaq da ağırlaşırdı.
Suyu isə boşaltmaqla qurtarmırdı…
Qollarının taqətdən düşdüyünü hiss edən Sami bir an ara verdi. Qulam da əl saxladı.  Bu vaxt Anarbayev dostunun xırıltılı səsini eşitdi.  Sami heyrətlə qabağa əyildi
Qulam!  Sənə nə olub!  deyə irəli atıldı.  Bədirzadə boğulurdu.  Katuşkanın kəməri onu elə sıxmışdı ki, nəfəs ala bilmirdi.  Anarbayev kürəkləri buraxcaq qayıq yavaşyavaş geri getməyə başladı.  Lakin bu vəziyyəti heç də yüngülləşdirmədi.  Katuşkanın kəmərini heç vəchlə Qulamın sinəsindən çıxarmaq olmurdu.   Sami cəld bir hərəkətlə kabeli ortadan dartıb qayığın burnundakı halqaya bağladı və ancaq bundan sonra dostunun rahatlıqla, sinə dolusu nəfəs aldığını görüb özünə gəldi.
Biabırçılıqdır!   deyə gözlərini qıyıb qarşıya baxdı.  Sahil hələ də görünmürdü.
Tez ol, sən öz yerində otur, avar çək!  Yoxsa, belə getsə, biz qırağa çıxa bilməyəcəyik!  deyə Bədirzadə tapşırdı və nə üçünsə şinelini çıxardı.
Axı kabeli qayığın burnuna bağlamışam. Qırılar…
Heç nə olmaz!  Sən mən deyənə əməl et!
Qulam şinelinin ətəyini dişinə alıb dartaraq, ondan iri bir parça qopartdı və sonra ovcunda boru kimi bərkbərk burmağa başladı.  Aşağı əyilib əli ilə qayığın böyründəki dəliyi tapdı  burulmuş şinel parçasını gücü gəldikcə ora tıxadı və ayağını üstünə basıb möhkəmcə saxladı.  Katuşkanı götürdü, çəpəki oturduğundan, bu dəfə kəməri sağrısına keçirtdi, kürəyini qayığın divarına dayayıb, yerini möhkəmlətdi.   Kabeli halqadan açcaq, katuşkanın çarxı yenə sürətlə fırlanmağa başladı.   Lakin bu da çox çəkmədi.  Birbirinin ardınca dalbadal partlayan mərmilər Dnepri təzədən lərzəyə gətirdi. Qayıq fırtınaya düşmüş taxta parçası kimi qalxıbendi  hər iki döyüşçü suya düşdü…
Bir an sonra üzə çıxan Anarbayev ətrafına baxanda özünü tək gördü və səsi gəldikcə bağırdı
Qulaam!..
Hay verən olmaddı.  Sami şinelini çıxarıb qırağa tulladı.
Qulaam!..  Hardasan, Qulaam!
Cavab gəlmədi.
Katuşkanın kəməri belində olduğundan kabel Bədirzadəni çayın dibinə dartmışdı.  Sami dostunu bir daha səsləyəndə, Qulamın təngnəfəs halda üzə çıxıb, təkrarən batdığını görcək, üzərək özünü ona yetirdi.  Yaxşı ki, qayığın çevrildiyi bu yerdə dərinlik bir boydan çox deyildi.   Telefonçular tapışcaq birbirinin köməyinə yetdilər. Qulam katuşkanı əldən buraxmamışdı dəmir çarx üçdörd yerdən böyrünü əzib yaralasa da, buraxmamışdı.   İndi hərəsi bir yandan onun kəmərindən yapışdı və onlar ağırağır üzməyə başladılar.
Düşmən fişəngləri ara vermədən yerigöyü işıqlandırır, mərmilər atılır, qəlpələr vıyıldayırdı.  Artıq bunların heç biri döyüşçülər üçün qorxulu deyildi.  Qarşıda sahil qaralırdı…

Arxa ilə əlaqə kəsildikdən sonra gülləyə qənaət etmək əmri alan piyadalar neçə saat idi ki, işin nə ilə nəticələnəcəyini bilmədən, rütubət səngərlərdə uzanıb intizar içərisində gözləyirdilər.   Qərargahla rabitə yarandığını eşidəndə ürəklərə sevinc doldu.  Dneprdən çəkilən telefon xətti iki sahil arasında canlı bir körpü saldı!
Qulam aparatı qurcaq Səlimxanova məlumat verdi.
Danışan döyüşçü Bədirzadədir, yoldaş qvardiya polkovniki!  Əmriniz…
Sağ olun,  deyə Səlimxanov onun sözünü yarıda kəsib, gümrah bir səslə dilləndi,  hər ikinizə təşəkkür elan edirəm!
Qulam rahat nəfəs aldı.  Bütün gecəni mərmi qəlpələri altında çəkdiyi əziyyətləri unutdu, bədəninin ağrıları yüngülləşdi.
…Ertəsi gün hava işıqlaşan kimi həmin rabitə vasitəsilə əmrlər verildi, toplar nərildədi, düşmən geri çəkildi. Piyadalarımız tutduğu mövqeləri genişləndirib, yeni qüvvələr aldı…

 

BİR EVİN SAHİBLƏRİ


Eşitdiyi hənirtiyə dikisinən ala köpək, zəncirini dartıb hürməyə başladı. Ev sahibi qoca Mikola hər ehtimala qarşı qapının dalında gizlətdiyi baltanı götürüb bayıra çıxdı.   Sağa, sola baxdı, heç kəsi görmədi.   Lakin itin də nahaqdan hürdüyünə inanmadı.  Neçə illərdən bəri həyətbacasının keşiyində durmuş köpəyin hələ bir dəfə də onu aldatdığı olmamışdı. Qoca, ehtiyatla evin dalına keçdi,  gözlərini qıyaraq ətrafa nəzər saldı.  Deyəsən orada bir kölgə dayanmışdı.
Kimsən!  deyə Mikola səsinə güc verib yaşına münasib olmayan bir tərzdə kişiləndi. Kölgə asta addımlarla irəli yeridi, gəlib qocanın qarşısında xəyal kimi dayandı.
Yolçuyam, əmican, bir gecəliyə yatmağa yer verərsinizmi
Şirin Ukrayna ləhcəsində deyilən bu sözlərdəki yaxınlığı o dəqiqə duyan ev sahibi, zəif görən gözləri ilə tanımadığı gecə qonağını bir daha süzdükdən sonra onu içəri dəvət elədi
Gəl, görək axı sən kimsən…
Mən Semixatkadanam, əmi, kəndimizi tanımamış olmazsan.
Qoca qapının ağzında ayaq saxladı, sağ əlini qulağına yaxınlaşdırıb, dodaqlarını aralayaraq qabağa əyildi.
Eşitmədim.
Deyirəm, Semixatkadanam, Semixatkadan!
Mikola qəddini düzəldib başını tərpətdi.
O Qızılkilsəlinin yanındakı kəndi deyirsən?
Bəli, özüdür ki, var!
İçəri keç.
Mikola otağa girib baltanı öz yerinə söykədi. Pəncərədə qoyulmuş çırağı yandırdı.  Yarımqaranlıqda qıza bir də nəzər saldıqdan sonra
Xoş gəlmisən,  deyə daldan qapının cəftəsini vurdu.
Peşmək təkin ağapparq saçsaqqalı arasında gizlənmiş sifətində, qocanın yalnız xırda göy gözləri ilə balaca, qırmızı burnu görünürdü.  Başı aramsız olaraq əsirdi, dodaqları nə isə pıçıldayırmış kimi, astaca tərpənirdi.   Düymələri qırıldığından, yaxası açıq qalan üzülmüş boz köynəyinin dirsəklərinə və kürəyinə qara yamaq salınmışdı.  Üstündə yağ ləkələri olan sarımtıl əsgər qalifeyi də dizlərindən yırtılmışdı.
Əyləş, qızım,  deyə o, döşənəcəksiz taxtda Sarışına yer göstərdi.
Lena oturub, hisdən saralmış divarlara göz gəzdirdi.  Bu yoxsul otağın bir küncündə kətil üzərinə qoyulmuş çuğun qazandan və onun altındakı su çəlləyindən başqa heç nə yox idi.   Pəncərəyə qara pərdə tutulmuşdu.  Evin nahamvar palçıq döşəməsinə kandar tərəfdə xardal sərilmişdi. Görünür qoca balıq ovuna gedirdi  divara iki tilov qamışı söykədilmişdi.
Bir müddət Mikola da, Lena da danışmadı.  Sonra qoca sobanın üstünə boylanaraq oradan kimi isə səslədi
Anastasiya, dursana, evimizə adam gəlib.
Sarışın etiraz elədi.
Oyatma, əmican, qoy yatsın.
Mikola da gəlib taxtın qırağında əyləşdi və başını əsdirəəsdirə dilləndi.
Hə… Demək sən Semixatkadansan. Çox yaxşı. Bəs bu gecəynən hardan gəlib, hara gedirsən?
Kəndimizə, əmican.  Mən ora getməliyəm.   Bu tərəflərdə heç kəsi, heç yeri tanımıram.
Sobanın üstündən bir qarı ehmallıca aşağı endi, başının asta hərəkəti ilə Lenaya salam verib, kənarda dayandı.
Bizim arvaddır,  deyə qoca dilləndi.  Sarışın dönüb ona baxdı.  Sirsifətində çalımçarpaz dərin qırışlar iz salmış bu qarının yetmiş yaşı olardı.  Dişləri töküldüyündən, dodaqları büzüşərək çökəyə enmiş, arıq çənəsi və nazik burnu bir az da uzanaraq qabağa çıxmışdı.   Qaşları yoxmuş kimi heç görünmürdü. Bulaşıq gözlərinin nə rəngdə olduğunu söyləmək çətin idi.
Anastasiya, qazanda heç şorban qaldımı  deyə qoca otağın sakitliyini pozdu.
Sarışın səhərdən heç nə yeməmişdi. Qarğıdalı unundan bişirilmiş çörəyin sonuncu tikəsini də orada  alman soldatı ilə əlbəyaxa olduğu yerdə qoyub qaçmışdı.  Lakin yenə iştahası yox idi.  Qızın kirpiklərindən sanki daş asılmışdı.  Yuxusuzluqdan özünü güclə saxlayırdı.  Günortadan bəri dolaşadolaşa keçdiyi tanımadığı meşə yolları onu yorub əldən salmışdı.
Qarı sobaya yaxınlaşdı, aşağı gözün dəmir qapısını açaraq, mis boşqaba şorba çəkdi.  Gətirib taxtın üstünə qoydu.  Sonra bir parça arpa çörəyi ilə rəngi getmiş taxta qaşığı da qonağa uzatdı.
Yeginən, qızım, kasıbın olduğundan.Varını verən utanmaz.
Qız çəkinəçəkinə qaşığı götürüb, çörəkdən dişlədi.  İlıq balıq şorbası yağsız da olsa, qıza ləzzətli gəldi.
Sarışın boşqabı qırağa çəkib təşəkkür eləyəndə, oturduğu yerdə mürgü vuran qoca səsə oyandı, əli ilə bığlarına, saqqalına sığal verdi.
Hə… Demək, sən Semixatkadansan…  Qoca başını əsdirəəsdirə bir daha Sarışına baxdı.  Sizin qonşu kənddəki o böyük kilsəni dağıtmayıblar ki
Yox, əmi. Mən ordan çıxana qədər hər şey salamat idi.  Sonrasını bilmirəm.
Qarı dodaqaltı nə isə pıçıldayıb xaç vurdu.
Çox şükür!  deyə Mikola da aldığı qənaətbəxş cavabdan razı halda yerində qurcalandı.    Sarışın köksünü ötürərək sözünə əlavə etdi
Ancaq düşmən təyyarələri bizim kəndə bomba töküb elə yandırdılar ki…  Atam, anam… Hər şey bir gecədə məhv oldu.
Alyonuşkanın qəlbi köyrəldi.   Yorğun da olsa, başına gələn bütün əhvalatı danışdı.  Lakin meşədə alman soldatını öldürdüyünü deməyə qızın dili gəlmədi.
İndi yanıbdağılmış kəndimizə gedirəm, əmican.Gedirəm atamın, anamın öldüyü yerdə doyunca ağlayım.   Barı orada yenə beşon nəfər tanış adam görərək, ürəyim təskinlik tapar.   Qızın səsi titrəyirdi.  Cəbhə Semixatkaya yaxınlaşan kimi qaçacağam.  Mütləq qaçacağam!  Bizimkilərə qoşulub vuruşacağam. Ömrümün son gününəcən atamın, anamın, bütün kənd camaatının heyfini alacağam!..
Qız sözünü deyib qurtaranda, bayaqdan onu maraqla dinləyən ev sahibləri oğrun nəzərlərlə birbirini süzdülər.   Bu baxışlardakı mənanı özlərindən savayı heç kəs duya bilməzdi  «Qoçaq qıza oxşayır…»
Ancaq gərək səninlə əlbəyaxa olan o fris köpəkoğlunu elə vuraydın ki, lap it küçüyü kimi yerində gəbərəydi! deyən Mikola yumruğunu düyünləyib yuxarıdan aşağı endirərək, Sarışının hərəkətinə haqq qazandırdı.
Qoca başını əsdirəəsdirə gözlərini qırağa zilləyib, fikrə getdi.
Mənim də bir nəvəm vardı, adı Seryoja idi. Onu da əsgər apardılar.  Neçə vaxtdır xəbərətəri gəlmir.
Lap sənin boyda idi, bala,  deyə sobanın yanında çöməlib oturmuş qarı söhbətə qarışdı.  Heç on doqquz yaşı tamam olmamışdı…
Qoca sözü tez onun ağzından aldı.
Yaxşı!  Bir macal versənə!  O, üzünü Lenaya tutdu.  Seryoja balacalıqdan mənim yanımda böyümüşdü.  Gedəndə elə bil gözümüzün işığını da, dizimizin taqətini də özü ilə apardı.  Sonra bu faşist köpək uşağı gəlib çəyirtkə kimi kəndə daraşdı.   İnəyimizi tövlədən sürüyüb sıxartdılar, kəsdilər, bəs eləmədi.     Damdan otu daşıdılar, dedim, mal olmayanda yem nəyimizə gərəkdir. Onlara bu da azlıq elədi. Həyətin hasarını söküb taxtalarını yandırdılar.   Nə bilim, başımıza olmazın oyununu açdılar…
Qoca fikirlifikirli susdu.  Sarışın ona baxıb ah çəkdi.
Hamısı cəhənnəmə, təki Seryojacığazımız sağsalamat qayıdaydı! Bizim belimizi onun dərdi bükdü.   deyə qarı yenə nəvəsinin həsrətilə yandı.  Gedəndə heç on doqquz yaşı da yox idi…
Alyonuşka başqalarından təsəlli gözlədiyi halda, bu kövrək ürəkli ev sahiblərinə ürəkdirək verməyə başladı
Seryoja xoşbəxtdir ki, bizim ordunun sıralarındadır. Kaş mən də onlarla olaydım, vuruşaydım, öləydim.  Ancaq indi burada, arxada əlimizdən nə gəlir!  Hərə öz başını güclə saxlayır.
Elə demə, qızım,  qoca bu fikrə etiraz elədi.  Hamısı mənim kimi, bizim bu Anastasiya qarı kimi evində oturub davanın qurtarmasını gözləmir.  Xeyr!  Bacarana can qurban! Mən hələ Kalaşnikovun partizan dəstəsindən danışmıram.  Keçən ay gözünə döndüklərim bizimkilər, yəni öz kənd adamlarımızı deyirəm ey, nemeslərin böyük bir arsenalını partlatdılar.   Srağagün arvadlar yığılıb iki zabiti un yemiş eşşəkcən əzişdiriblər.   Bir həftə ondan qabaq…
Canları çıxsın, sataşmasınlar! Bəyəm o arvadların gözü atırdı ki…
Bu yerdə qocanın hövsələ kasası daşdı.
Vay səni!..  Qoysana bir axıracan sözümü deyib qurtaram!  Bağrın çatlamaz ki, bir qədər səbir eləsən!  Mikola qarısına acıqlandıqdan sonra əlavə etdi    Hə… bir həftə də ondan əvvəl qonşu kəndlərdən neçə yüz adam qaçıb  partizanlara qoşulub.  Dediyim odur ki, camaat çörəyi qulağına yemir, hərə öz əlindən gələni eləyir.
Sarışını fikir götürmüşdü   görəsən qocanın dediyi o partizanlar harda olur Onları tapmaq mümkündürmü  Bunu soruşsa, kim ona doğru cavab verər
Əmi, bəlkə mən də o partizan dəstəsinə qoşulmaq istədim, yerlərini necə taparam
Qoca başını dala atıb, dodaqlarını büzdü.
Onları günün günorta çağı fələk fənərlə də axtarsa tapa bilməz!
Mikola üzbəüz əyləşmiş qarısı ilə birgə teztez əsnəsə də, qız yenə əl çəkmir, ətrafdakı vəziyyət barədə qocaya dalbadal suallar verir, hər şeyi öyrənməyə çalışırdı.  O, kəndlərinə qədər neçə kilometr olduğunu, ora nə cür gedəcəyini də mütləq qocadan soruşmalı idi.   Həm də Sarışın bu yolu bir dəfəyə qət eləmək fikrindəydi.  Yoxsa, Semixatkaya çatıncaya qədər sakinlərini tanımadığı kəndlərdə gecələsəydi, ələ keçə bilərdi.
Əmi, bizim Semixatka buradan çoxmu uzaqdır  deyə Alyonuşka xəbər aldı.
Mikola qulağını qabağa verdi
Eşitmədim!
Qız sualını bir də təkrar edəndə, qoca oho!  deyib, çənəsini yuxarı qaldırdı. Bizim kənddən Qızılkilsəliyə iki yüz otuz beş verstdir. Oradan da Semixatkaya nə qədər olar, onu sən məndən yaxşı bilərsən.
Lenanı fikir götürdü «İki yüz otuz beş! Demək mən dolama meşə yolları ilə irəli gəlmək əvəzinə dala getmişəm!»
Qonağının məyus olduğunu hiss eləyən ev sahibi təskinliklə: - Yolun uzaqlığı səni qorxutmasın, qızım,  dedi.  İndi yat, dincəl, səhər hər şey öz qaydasına düşər.  Salamat qalsaq, sabah gün batana kimi Semixatkadasan.
İnamla söylənilən bu sözlərdən Sarışının kiçik qəlbinə bir fərəh doldu.
Ömrün uzun olsun, əmican!  deyə qız qocaya təşəkkür elədi.
Qarı qonaq üçün taxtın üzərində yer saldı. Əvvəlcə ev sahibəsi, sonra da Mikola, Alyonuşkaya xeyirli gecə diləyib, ahufla sobanın üstünə qalxdı.
Əziz balam, soyunub yerinə uzanmamışdan çırağı keçirməyi unutma,  deyə qoca yuxarıdan dilləndi.
Lenanın paltarını soyunmağa kirdarı gəlmədi. Azacıq keçməmiş, meşə qırağındakı bu tənha, qaranlıq otağa lal bir sükut çökdü.   Qocanın sözləri Sarışının qulaqlarında cingildədi  «Yolun uzaqlığı səni qorxutmasın, qızım.  İndi yat, dincəl…»
Lakin Sarışın yatıb dincələ bilmədi.  Sobanın üstündən eşitdiyi boğuq fısıltı ona, istəristəməz o vaxt ataanası ilə bir otaqda olduğu sonuncu dəqiqələri xatırlatdı.   Qızcığaz hər dəfə o dəhşətli gecəni düşünəndə qəlbini vahimə bürüyür, sanki ətrafını həyulalar kəsdirib dururdu  özünü anlaşılmaz, qorxulu bir aləmdə hiss edirdi. Elə aləmdə ki, orada hər şey  canlılar da, cansızlar da, daş da, torpaq da odalov içərisində yanır, külü göyə sovrulur, tozu təkrarən yerə tökülürdü.
İndi yenə bu fikirlər qızı yatmağa qoymadı. Gözünü yumcaq, Alyonuşka gah məşəl şölələnən kəndlərini gördü, burnuna yağlı ət qoxusu gəldi, gah da meşədə üstünə hücum çəkən alman soldatının başına belin tiyəsini taxdı. Soldat qışqırdı, o isə üz tutub meşənin dərinliklərinə qaçdı… qaçdı… və hövlnak, səksəkəli halda yenə gözlərini açdı…