Salam Qədirzadə. 46 bənövşə (4-cü hissə)
DNEPR KÖMƏYƏ YETDİ
Qapı cırıldayaraq yavaş-yavaş aralandı. Alyonuşka cəld yorğanı üstündən atıb, o tərəfə baxanda, gözlərinə inanmadı alman soldatı sirsifəti al qan içində, dinməz-söyləməz astanada durmuşdu. Əlindəki tapança yarımqaranlıq otaqda parpar parıldayırdı. Lakin ondan daha vahiməli soldatın baxışları idi. Kin, qəzəb, intiqam dolu baxışları! Soldat dişlərini qıcıyıb aşağı əyildi və ehtiyatlı addımlarla Lenaya tərəf gəlməyə başladı. Qız fəryad qoparıb ev sahiblərini köməyə çağırmaq istədi. Ancaq… səsi çıxmadı. Alman bir ləhzədə taxtın üstünə atılıb onun boğazından yapışdı. Alyonuşka çırpındı, çabaladı, nəfəsini kəsən bu kəlbətin barmaqlardan canını xilas etməyə çalışdı, bacarmadı. Taqətdən düşmüş qız müqavimət göstərməyə aciz qaldı və huşunu itirib taxtdan yerə yıxıldı…
Lena taxtdan yerə yıxıldı, gözlərini açdı, özünü eyzən tər içində gördü. Qızın ürəyi, ovucda sıxılmış kəpənək kimi çırpınırdı. Bədəni sustalmışdı, sanki ağac altdan çıxmışdı. Beynində ağrı vardı. Nəfəsi darıxırdı. O, döşəmədən qalxıb taxtın qırağında əyləşəndə qoca içəri girdi.
Sabahın xeyir, qızım. Necə yatmısan?
Alyonuşka xəfifcə gülümsündü.
Yatmışam… yaxşı… lap yaxşı yatmışam, əmican. Ancaq bağışlayın, gecə çox yorğun idim, deyəsən yuxuya qalmışam.
Pəncərənin qara pərdəsi qaldırılmışdı. Həyətdəki tövlənin damından boylanan günəş otağı xoş, ilıq şüalarla doldurmuşdu. Bayırda tam sakitlik idi. Sanki bu ətrafda ev sahibləri ilə qonaqdan başqa bir xilqət yaşamırdı. Ala köpək də boynunu qatlayaraq başını sinəsinə söykəyib, yumaq təkin pəncərənin qabağında yumrulanmışdı. Elə bil o dilbilməz heyvan da vəziyyəti duyur, yeməyə bir şey olmadığını anladığından səsini çıxarmırdı.
Gərək bağışlayasan, bala, nahara isti xörək hazırlaya bilmədim, deyə içəri girən qarı əlindəki qaynar qəhvədanı kətilin üstünə qoydu. Biz günortadan tez yeməyə alışmamışıq…
Qoca da onun sözünə qüvvət verdi.
Gərək mən hər səhər çay qırağına gedəm, biriki balıq tutam ki, qarı şorbadanzaddan bişirə. Yoxsa bu tezdən evimizdə heç nə tapılmaz.
Qocaların həyat tərzindən elədikləri bu şikayət, onlar kimi yaşamağa çoxdan alışmış Lenanı heç də təəccübləndirmədi. Məgər ehtiyac təkcə bunlarınmı qapısından içəri girmişdi!
O barədə heç söz ola bilməz, deyə qız dilağız elədi. Mənə görə əsla narahat olmayın, ac deyiləm, gecə yeyib yatmadımmı?
Bu söhbətdən sonra qarı, haradansa tapıb gətirdiyi qara çörəyi bölüşdürərək hərəyə bir tikə uzadanda qoca gülümsündü «Yaşa, ay Anastasiya, məni qonağın yanında xəcalətli qoymadın».
Bayat çörəyi odda qızdırılsa da, diş kəsmirdi. Təksə qocalar deyil, Alyonuşka da onu qaynadılmış suda islatmamış yeyə bilmədi.
…Nahardan sonra Mikola, Lenanı hansı yolla kəndlərinə ötürmək fikrində olduğunu qıza başa saldı. Onun təkidi ilə Sarışın qiyafəsini dəyişib Seryojanın nimdaş, qara pencəyini, göy boz şalvarını geydi, çilçil kepkasını başına qoydu.
Bu vaxt süfrəini çırpıb evə qayıdan qarı, Sarışını görəndə ürəyi yerindən oynadı.
Vay! Lap elə bil Seryojacığazımdır! Yazıq balam gedəndə elə bu boyda idi. Heç on doqquz yaşı da tamam olmamışdı. deyə bir daha sızılddadı. Lena kepkasının altından çıxmış tellərini içəri yığıb, üzünü qocaya çevirdi.
Necədir, əmican?
Eşitmədim.
Deyirəm, palpaltarım necədir?
Satmıram ki, qızım, neçəyədir nə sözdür! Bunları sənə eləbelə verirəm. Yoxsa nadürüstlər qız paltarında səni rahat dolanmağa qoymazlar!
Lena güldü, danışmadı. «Zərər yoxdur, əvəzində mən də öz paltarımı sizdə qoyacağam. Lazım olanda çörəyə dəyişə bilərsiniz» o, əynindən çıxartdıqlarını bürmələyib taxtın altına atdı. Mikola yırtıq, həsir şlyapasını başına keçirtdi, torbasını çiyninə atıb, tilovlarını götürdü.
Yolçu yolda gərək! Gedək, bala! deyə qabağa düşdü.
Lena ev sahibəsinə yaxınlaşıb dönədönə təşəkkür elədi.
Uğur olsun, qızım! Özündən muğayat ol! deyə qarı yenə köyrəldi. Səni gördüm, Seryoja yadıma düşdü. Gedəndə uşağımın heç on doqquz yaşı da yox idi.
Alyonuşka həyətə çıxanda cibində kağıza bükülmüş bir şey görcək ayaq saxladı, onu açıb baxdı. Bu, arasına bir parça təzə balıq qoyulmuş çörək idi. Özü də bayaqkı qızardılmış boyat çörəkdən deyil, dünən gecə Lenanın şorba ilə yediyindən idi. Qız fikirləşdi, nə edəcəyini bilmədi. Aparsınmı İnsafdan deyildi. Gündə uzanıb isinən ala köpək də gözlərini ona dikərək yazıqyazıq baxır, astadan zingildəyirdi. Yəqin ki, bunu ev sahibləri səhər naharına saxlamış, lakin sonradan gələn qonağı tədarüksüz yola salmamaq üçün onun cibinə qoymuşdular. Alyonuşka tələsik çörəyin yarısını balıq qarışıq kəsib, yalvarıcı baxışları ona zillənmiş itin qabağına atdı. Qalan hissəsini yenə kağıza bükərək cibinə qoydu və qaçıb arxadan Mikolaya yetişdi.
Sarışının bədəninə dar gələn pencəyi, uzunboğaz çəkmələrinin içinə salınmış şalvarı və əzik, çilçil kepkası onu doğrudan da şux bir oğlana oxşadırdı. Lena bu qiyafədə özünü əvvəlkindən daha çevik, yüngül və qoçaq hiss edirdi. Əgər başqa vaxt olsa idi o, dilini heç vəchlə saxlaya bilməzdi yoldan bir qızın keçdiyini görsəydi, yanaşıb söz atar və bundan ləzzət alardı. Ancaq indi… Lenanı tamam başqa şeylər düşündürürdü.
O, arxaya çevrilib gecələdiyi bu kəndə bir nəzər saldı. Ətrafda inscins görünmürdü. Sakitlik… kimsəsizlik… qəriblik idi. Adını bilmədiyi bu kəndin evləri birbirindən çox uzaq, pərakəndə halda seyrək meşəyə səpələnmişdi. Bəziləri isə ağacların dalında gizləndiyindən, heç görümrüdü də.
Barı ver tilovları mən aparım, ay əmi, deyə qız uclarındakı nazik kəndirə xırda qırmaqlar bağlanmış qamışları qocadan istədi.
Yox, bala, bunların heç bir ağırlığı yoxdur. Neçə illərdir mən bu yolu beləcə getməyə adət eləmişəm O, azacıq susub dedi əvvəllər çay qırağında saatlarla oturub balıq tutmaq mənim üçün gözəl bir məşğuliyyət idi. İndi isə bunsuz yəqin ki, acından ölmüşdük. Mən də, qarı da. Hər dəfə Dneprə tilov atanda, oradan qırmaqla təkcə balıq deyil, həm də özümüzə ömür, nicat çıxarmışam. Yoxsa bu qədər yaşamazdıq…
Yolu yarı eləmişdilər. Qoca hələ də vəziyyətini dəyişmədən, çiyninə qoyduğu qamışları sağ əli ilə tutmuş halda gedir, arabir çevrilib yanyörəsinə və arxaya baxırdı.
Sən mənim nəvəmsən! Adın Seryojadır! Özün də yanıma balıq aparmağa Qızılkilsəlidən gəlmisən. Başa düşdünmü deyə Mikola uzaqdan traktor gurultusu eşitcək üzünü qıza tutub ciddi tərzdə onu başa saldı.
Sarışın addımlarını yeyinlətdi.
Bildim.
Qabaqda otuza qədər alman soldatı şam ağaclarını mişarlayıb yıxır, traktorlara qoşaraq çay qırağına daşıyırdı. Mikola hər şeyi qıza başa salmışdı qırılmış meşə günortadan sonra Dneprlə Qızılkilsəlidən də yüzyüz iyirmi kilometr uzaqda olan zavoda üzdürüləcəkdi. Alyonuşka da bərəçilərlə öz kəndlərinə qədər getməli və orada suya tullanıb sahilə çıxmalı idi.
Belə bir yol təhlükəli də olsa, Sarışını əsla qorxutmurdu.
Günortaya yaxın qoca yeddisəkkiz xırda siyənək balığı tutdu. Sahildəcə ocaq qalayıb onları bişirməyə başladı. Tüstü, köz üstə daman yağın xoş iyini ətrafa yaymışdı. Bunu hiss edən maşəqıran alman soldatlarından ikisi gəlib Mikoladan balıq istədi.
Məmnuniyyətlə, ancaq… deyə qoca cavab verdi, Ancaq sizin cənab zabit əmr edib, bunları onunçün bişirirəm. Biri əskik olsa, dərimə saman təpər. Sonra heç sizin üçün də yaxşı düşməz.
Bu sözləri eşidən Lena, qocanın kələyinə heyran qaldı. Soldatlar uzaqlaşcaq, Mikola balığın birini Sarışınla bölüşdürdü.
Al, ye, dedi, sənə halaldır. Özü də, barmaqları yanayana balığı ağzına dürtdü. Onlara zəqqutun verərəm!
Mikola əllərini çayda yuyub ayağa durdu.
Bu qocalıq da bir kişilik deyil. Bir stəkan qaynanmış su içmişəm… Sən otur, mən bu dəqiqə gəlirəm.
Lena danışmadı.
Qoca yaxındakı ağacın dalına keçdi. Geri qayıdanda onun ocağın yanında qoyduğu torbanı Sarışının qurdaladığını görcək, gözlərinə inanmadı. «Lənət sənə kor şeytan! Mən heç bunu belə bilməzdim!»
Qoca balıqlardan ikisini evə aparmaq üçün torbada gizlətmişdi. İndi Lenanın təmiz bir uşaq sandığı bu qızın ora əl atması Mikolanı tamam heyrətləndirdi. «Ehtiyacın üzü qara olsun! Ancaq eybi yoxdur. Özümü bilməməzliyə vuracağam, qoy uşaq xəcalət çəkməsin».
Qoca gəlib ocağa çatmamış nə fikirləşdisə, yenə geri qayıtdı, meşəqıran almanlara yaxınlaşdı. Onların zabiti ilə nə isə danışdıqdan sonra, hər ikisi Sarışına tərəf addımladı.
Mikola öz işini yaxşı bilirdi. Axır zamanlar o, həmişə meşəqırmaq işinə rəhbərlik edən zabiti çağırıb bişmiş balığa qonaq edərdi.
«Əsil arağın malıdır, cənab, biriki yüz qram vurun, üstündən də bu yağlı selyotkalardan yeyin…»
Dneprlə uzaq məsafəyə meşə üzdürməyə hazırlaşan zabit üçün bu ləzzətli nahar göydəndüşmə olardı. O, araq flyaqasını açıb içər, sonra qocanın bişirdiyi balıqlardan yeyərdi. Əvvəllər bir neçə dəfə alman soldatları Mikolanı incitmişdilər, tutduğu balıqları əlindən alıb, korpeşman yola salmışdılar. İndi, neçə vaxtdan bəri bu ətrafda işləyən bərəçilər, meşəqıranlar, traktorçular, hamısı qocanı tanıyırdı. Zabitlə yaxın olduğunu bildiklərindən, daha ona dəyibdolaşmırdılar. Bu gün də yerini şirin salmaq istəyən Mikola zabitin balıq iyinə gələcəyini gözləmədən, özü gedib onu çağırmışdı.
Bu uşaq mənim nəvəmdir, cənab, deyə qoca ocağa yetişcək, Sarışın haqqında danışmağa başladı. Yanıma gəlmişdi indi kəndlərinə qayıdır. «O, qəsdən Semixatkanın adını çəkmədi. Yoxsa zabit Lenanın, yanıbdağılmış kəndə getməsindən şübhələnə bilərdi. Səndən çox rica edirəm, onu da özünüzlə aparın».
Zabit flyaqasını açıb araq içdikdən sonra sirsifətini eybəcər bir şəklə salaraq Sarışına çəpəki nəzər fırlatdı.
Üzmək bacarırsanmı deyə pozuq rus dilində xırıltılı səslə soruşdu.
Bəli, bacarır, Mikola qızın əvəzində cavab verdi və həm də imtahanedici nəzərlərlə baxıb, Lenanın öz fikrini öyrənmək istədi.
Mən Dnepr sahilində böyümüşəm, cənab, deyən Sarışın, qocanı şübhədən çıxardı.
Zabit dilidodağı yanayana əlindəki balıqdan dişlədi.
Ancaq biz yolda dayanmayacağıq. Saldan tullanıb qırağa çıxa bilərsənsə, etirazım yoxdur, deyə razılıq verdi.
Çox sağ olun, sizə ömrüm boyu minnətdaram! deyə Mikola ona təşəkkür edib sonra qıza eşitdirdi Seryoja, cənab zabit çox gözəl insandır. Mənə həmişə yaxşılığı dəyib…
Saat ikiyə yaxın bərəçilər hazırlanan şamları çaya salıb qurtardılar. Sükançılar yerlərini tutdular. Zabitlə bərabər beşaltı nəfər soldat da salın üstünə tullandıqdan sonra, Sarışın qoca ilə vidalaşdı.
Mən ömrüm boyu səni yaddan çıxarmayacağam, əmi, deyə sevincdən qızın gözləri yaşardı. Mikola Lenanın alnından öpdü.
Çalış, onlardan uzaqda otur, səninlə çox danışmasınlar.
Lena qollarını yana açaraq, sahildən uzanan ensiz taxtanın üzəri ilə addımlayıb, çayda birbirinə bərkidilmiş dirəklərin üstünə hoppandı.
Yenə tilovunu suya atmış qoca uzaqdan ona baxaraq bicbic gülümsəyirdi. Bir azdan zabit əmr verdi, salı sahilə bağlayan kəndirlər açıldı. On səkkiziyirmi cərgədə başbaşa bərkidilmiş şam ağacları Dneprə düşmüş nəhəng körpü kimi çay axını ağırağır üzməyə başladı.
Axşamçağı qoca, sonradan tutduğu balıqları torbasına qoyanda onu xəcalət təri basdı. Lenanın haqqında nahaqdan yanlış ifkrə düşdüyü üçün dönədönə özünü danladı. Sən demə qız, balıqları götürmək üçün yox, səhərki çörəyi torbaya qoymaq üçün əlini ora salmışdı!..
Sal sürətlə irəli şığıdıqca hər iki sahilin mənzərəsi teztez dəyişir, qarşıdakı kəndlər birbir irəli gəlib, sonra arxaya keçirdi. Alyonuşka bu yerləri ilk dəfə görsə də, ona hər şey yaxın və doğma idi. Buradakı evlərin, həyətlərin, ağacların Semixatkadakılara oxşarı az deyildi.
«İstiqaməti sağa çevirin! Sürəti azaldın! Sahildən uzaqlaşın!..» deyə ortada dayanmış zabit teztez sükançılara əmrlər verirdi.
Güclü yel əsirdi. Kepkasını gözlərinin üstünə keçirmiş Sarışın düymələri tökülmüş pencəyinin ətəklərini tutub arxası zabitə tərəf oturmuşdu. Yolun hələ yarıdan azını getmişdilər. Lakin kəndlərini görməyə tələsən Alyonuşka indidən teztez çevrilib qabağa baxırdı. Yaxşı ki, başları işə qarışmış sükançılar ona məhəl qoymurdular. Qızın ürəyi darıxsa da, heç kiminlə danışmağı arzulamırdı.
Lena nə üçünsə, səbəbini özü də bilmədi, əlini qoltuq cibinə salanda orada nə isə xışıldadı. «Bəlkə puldur, yaddan çıxıb qalıb!», deyə düşündü. Xeyr, kağız idi. Bənövşəyi mürəkkəblə yazılmışdı. Alyonuşka dörd qatlanmış kağızı açıb oxumağa başladı. Svetlana adlı bir qız Seryojaya öz məhəbbətini bildirirdi «…Sənin məktubunu alan gecəsi mən də yata bilmədim. Düzünü desəm, o günün səhərisi də özümü çox narahat hiss elədim. Görüşə gəlmək istədim, ancaq utandım, gəlmədim. Kənd qızları arasında dilə-ağıza düşəcəyimizdən qorxdum. Əgər biz klubda rəqs edən zaman sən o sözləri deməsəydin, mən heç nədən çəkinməzdim. İndi isə Seryoja, məndən incimə, səni həm görmək istəyirəm, həm də görəndə qaçıb gizlənməyə bir yer axtarıram. Özüm də bilmirəm bu nə axmaqlıqdır. Yəqin sevəndə həmişə belə olur. Dünən də kluba elə ona görə gəlmədim…»
Kağızı qat kəsdiyindən bəzi yerlərini oxumaq çətin idi. Svetlananın məktubu ikinci səhifədə bu sözlərlə bitirdi «… Mən… nə vaxtdan bəri ürəyimdə saxlamışdım. İndi deyirəm sevirəm! Özü də lap çox sevirəm, Seryoja! Sən mənim üçün hər şeysən!.. Sənsiz keçən dəqiqələrim, həmişə səninlə olmuşdur. O gündən mən özümü elə xoşbəxt, elə bəxtəvər hiss edirəm ki… Daha nə yazım… Öpürəm. Svetlana».
Alyonuşkanı fikir apardı. «Yazıq Svetlana! Nakam Seryoja! Görəsən sonradan görüşmək onlara qismət olubmu Yoxsa məhəbbbətləri elə bir parça kağızda qaldı Yaxşı ki məni heç kəs sevməmişdir. Onsuz özünü daha rahat hiss edirsən…»
Lena bu cür düşünməkdə haqlımı, haqsızmı olduğunu bilmirdi. Ancaq onu bilirdi ki, qəlbində ataana həsrətindən başqa üçüncü bir adamın nigarançılığı dərdini daha da çoxaldardı.
O, külək aparmasın deyə, ovcunda möhkəm tutduğu məktubu açıb bir də baxmaq istəyəndə, başının üstündən uzanan bir əl onu göydə qapdı. Sarışın geri dönəndə zabiti gördü. Qız heç də təəccüblənmədi.
Bu nə kağızdır! Zabitin nəfəsindən gələn araq qoxusu qızı vurdu. Olmaya sən də başqa əməllərlə məşğulsan!
O, məktubu əvvəldən axıra diqqətlə gözdən keçirdikdən sonra kobud bir tərzdə qəhqəhə çəkib güldü.
Svetlana!.. O kimdir?
Sarışın özünü itirmədi.
Cənab zabit, siz ki, rus dilini yaxşı başa düşürsüz. Məktubu da diqqətlə oxudunuz…
Vaxtından tez ayılmısan, Seryoja! deyə zabit kağızı ona qaytardı. Səsindən görürəm hələ tamam yeniyetməsən, ancaq indidən qızlarla məktublaşırsan.
Lena söhbəti uzatmamaq üçün susdu. Salın sol sahilə çox yaxınlaşdığını görən zabit geri dönüb qışqırdı
Ey, korsunuzmu! İstiqaməti sağa götürün!..
…Gün batmağa az qalmış uzaqdan Qızılkilsəli kəndini tanıyan Sarışın cəld ayağa qalxdı.
Aufviderzeyn! deyib qollarını yana açaraq quş kimi suya atıldı.
YENƏ DOĞMA KƏNDDƏ
Sarışının Semixatkaya qayıtdığı vaxtdan iki ay ötürdü. Həyat tərzi yenə əvvəlki qaydada davam edirdi. Həmişə qaçıb sovet döyüşçülərinə qoşulmaq haqqında düşünən qız, hələlik heç bir qərara gələ bilmirdi. Axı hara gedəydi Bu işdə kim ona yol göstərəcəkdi Bələd olmadığı yerlərdən sərhəddi keçə biləcəkdimi Bu suallar gecəgündüz Sarışını düşündürür, bir an rahat buraxmırdı. Ancaq Semixatkaya gəlməkdə o, əsla səhv eləməmişdi. Necə olsa, bura cəbhəyə xeyli yaxın idi və gündəngünə də aradakı məsafə gödəlirdi. Düşmən üz tutaraq getdiyi yerlərə arxa çevirib geri çəkilirdi. Həyatölümü, azadlıqəsarəti, səadətfəlakəti birbir şəhərlərdən, kəndlərdən, evlərdən qovub çıxarır, iki ildən bəri gözü yollarda qalan insanların çırağı sönmüş ürəklərində yenidən xoşbəxtlik məşəli şölələnirdi. Düşmən əsarətindəki torpaqlarda yaşayanlar bu qələbəyə hədsiz sevinir, özlərinin də toybayram gününü hər dəqiqə səbirsizliklə gözləyirdilər.
Payızın axırlarında sovet qoşunları Dneprə yaxınlaşdı böyük tələfatla da olsa, Qızılkilsəlini ələ keçirdi və bir az irəlidəki təpə üstə yerləşən xaraba kəndin qırağında müdafiə xətti tutdu.
Lenanın çoxdan arzuladığı vaxt gəlib çatmışdı.
Və nəhayət, bir gecə qız cəsarətlənib, ona tanış yollarla cəbhəni keçərək qaçdı. İkinci gün sonra nə üçünsə yenə Semixatkaya qayıtdı.
Onun getdiyindən və geri qayıtdığından tək bir nəfər xəbər tutdu alman diviziyası qərargahı rəisinin yavəri kapitan Xenfeld! Sonralar isə Sarışın bu qorxulu yolları daha bir neçə dəfə keçməli oldu…
İndi Lena kənddə yarısı uçulub dağılmış uşaq bağçasının birmərtəbəli kərpic binasında yaşayırdı. İlk günlər o, burada yalqız qalmağa ehtiyat eləsə də, sonralar öyrənmişdi. Kimsəsiz qız kiçik bir otağı səliqəyə salıb, özünə sığınacaq düzəltmişdi.
Lenanın yadındadır balaca olanda o da bu bağçadan tərbiyə alardı. Xırda uşaqların səsküyündən həyətdə qulaq tutulardı. Səhərdən axşamadək yüyürməkdən, oynamaqdan, oxumaqdan yorulmazdılar. Xoş xasiyyətli tərbiyəçiləri Zinaida Sergeyevna onları doğma ana kimi əzizlər, sevərdi. Uşaqlar da qadının bir sözünü iki eləməzdilər. Bu uçuq binanın dərdivarı, həyətbacası Lenaya çoxdan, lap balaca vaxtlardan tanış idi. O vaxt bağçanın qabağındakı daş hasarlı həyətdə qucağında körpə tutmuş bir ananın ayaq üstə dayanmış tunc heykəli vardı. Lena yoldaşları tlə onun dövrəsində ələlə tutub o qədər mahnı oxumuşdu ki… Lakin alman qoşunları Dneprə yaxınlaşanda kənd sovetliyi cavanları toplayıb heykəli həyətdən götürtdü, iri otaqlardan birinə qoyub daldan qapısını daşla hördürdü.
Düşmən təyyarələri Semixatkanı darmadağın edən günün səhərisi bağçanın da yarısı uçuldu. «Uşaqlı ana» heykəli yenə açıqda qaldı. Onda da Zinaida Sergeyevna bu işlə məşğul oldu uşaqların köməyi ilə əlinə düşən daşkəsək, taxta, şalban, dəmir qırıntılarını daşıyaraq heykəlin üstünə yığıb onu gizlətdi. İndi Lena, bağçanın uçurulmuş yerində qalaq altında hansı heykəltəraşınsa gözəl bir əsərinin göz bəbəyi kimi mühafizə edildiyini yaxşı bilirdi.
Qız, gecələr yalqız qalanda sanki bu cansız ana heykəli ona həyan olur, keşiyini çəkirdi…
Alman diviziyasının qərargahı Semixatkanın qıraq evlərindən birində yerləşirdi. Belə ki, kəndin bu ucqar hissəsindən, iki cəbhə arasındakı sahibsiz sahəyə qədər beş kilometrdən artıq məsafə vardı. Bu yeri generalmayor fon Berner özü seçmişdi. Geniş həyətdə tövlə, iri ot tayası, çarxlı su quyusu və möhkəm zirzəmisi olan həmin evdə vaxtı ilə kəndin ən mötəbər adamlarından sayılan, Lenagilin həkim qonşusu yaşayırdı. Generalın fikrincə, bura qərargah üçün hər cəhətdən əlverişli idi.
Əşyası iki dəmir çarpayıdan, bir dəyirmi stoldan, üçdörd sınıqsalxaq stuldan ibarət kiçik otaq diviziya komandiri ilə yavəri Xenfeldin həm yemək, həm də yataq yerləri idi. Nisbətən böyük otaqda isə qərargah yerləşirdi. Buranın qapısı ilə üzbəüz divarda, kəkilini qaşının üstünə tökmüş Adolf Hitlerin əksi altından Ukraynanın coğrafi xəritəsi asılmışdı. Ortada qoyulmuş yazı stolunun üzərində otuzluq neft lampası, telefon aparatları, içi kağız dolu qovluqlar və hərbi kitablar vardı.
Kiçik otaqdakı çarpayıda uzanaraq siqaretini tüstülədən general ikicə saat əvvəl baş vermiş əhvalatı xatırladıqca, hirsindən qan beyninə vururdu. Baş qərargahdan aldığı əmrə görə, fon Berner təcili olaraq Dnepr sahilində müdafiə xəttini möhkəmləndirməli və gələcək vuruş üçün ciddi hazırlıq işləri görməli idi. Bu məlumatı generalın yavəri kapitan Xenfeldin vasitəsilə qabaqcadan öyrənən Sarışın, fürsəti fövtə vermədən kənddən qaçaraq sovet hərbi hissəsinə çatdırmışdı. Həmin gecə almanlar Semixatka boyunca xəndək qazdırmaq üçün əli bel, külüng tutan qocaları, qarıları, uşaqları qonşu mahaldan toplayıb silah gücünə kəndin qırağına yığdılar. Lakin heç kəsi məcbur edə bilmədilər. Məsələdən xəbər tutan fon Berner qəzəblənərək özü ön xəttə gəldi. Parabellumunu çıxarıb başının üstündə tərpədərək qışqıraqışqıra onları hədələdi
Bircə nəfər əmrimdən boyun qaçırsa, yerindəcə güllənəcəkdir!
General, bizi ölümlə qorxutmayın! deyə ağsaqqal bir qoca irəli keçib titrəyən yumruqlarını yuxarı qaldırdı. Belə hədyan sözləri eşitdiyimiz birinci kərə deyil! Biz onsuz da qazanca qalmış adamlarıq. Əgər bir nəfər əlinə bel alıb torpaq atsa, onu özümüz öldürəcəyik!
Fon Berner çəkmələri cırıldayacırıldaya gəlib qocanın qarşısında dayandı. Əllərini belinə qoyaraq, azacıq aşağı əyildi və bərəlmiş gözlərini onun sifətinə zilləyib biriki dəfə kirpik çaldı.
Sən kimsən!
Adamların arasından yoğun səsli birisi kobud tərzdə dilləndi.
Onda işiniz olmasın, cənab! Sözünüzü bizə söyləyin! O ki, sizə xəndək qazıyacaq halda deyil!..
Naməlum səmtdən verilən bu cavab generalın təşvişini bir daha artırdı. Fon Berner, baxışlarından nifrət yağan izdihamı süzüb geri çəkildi. Kiçik təpənin üstünə qalxıb teztez kirpik çalaraq, ucadan çığırdı
Başlayın! Əmr edirəm! Bu saat alman ordusu üçün hər saniyə yüz insan ömründən qiymətlidir. O, üzünü silahlı soldatlara tutdu. Siz də avtomatları hazır saxlayın! Kim boyun qaçırsa, yubanmadan atəş açın!
Heç kəs yerindən tərpənmədi.
Belləri götürün! Alman generalının səsi gecənin boşluqlarına yayıldı.
Yenə kimsə hərəkətə gəlmədi.
Mən sizə əmr edirəm belləri götürün, qazımağa başlayın!..
Əsirlərin bir nəfəri qabağa çıxıb işə başlamaq istəyirdi ki, daldan ona eyni vaxta beşaltı təpik atıldı. Və o üzü üstə sərələnib ikiəlli yambızını tutdu.
Fon Berner o biri adamların daş kimi donub durduğunu görcək parabellemunu ayağa çəkərək nərildədi.
Sonuncu dəfə deyirəm başla…
Generalın sözü ağzında qaldı. Elə bu əsnada arxadan göyə qırmızı bir fişəng atıldı. İşıq zolağı qaranlığı parçalayıb adamların başı üstə qövsiqüzeh şəkilli yarım dairə cızdı. Yüzlərlə qəzəbli göz parladı, söndü.
O nə idi! Onu kim atdı!
Bircə an keçməmişdi ki, uzaqdan vıyıltı ilə dalbadal gələn mərmilər yaxınlıqda partladı, adamların arasına qarmaqarışıqlıq düşdü, hərə başını götürüb bir tərəfə qaçdı. Hamıdan tez aradan çıxan fon Bernerin özü oldu.
Sovet cəbhəsindən göndərilən bu mərmilər adamlara ölüm yox, nicat gətirdi…
İndi general siqaretini sümürüb tüstülətdikcə olubkeçənləri birbir xatırlayırdı.
Mən rusların bu fırıldağından heç cür baş aça bilmirəm! deyə o, teztez kirpik çalıb özözünə donquldanaraq, yavərinə eşitdirirdi. Qəribədir, çox qəribədir! Onlar doğrudanmı öz adamlarına siqnal verdilər Elə isə, bəs o kim olmalı idi!
İnanmıram, cənab general. Xəndək qazımağa topladığımız adamlar içərisində elə cəsarətlisini tapmaq çətindi. Hamısı qocalar… uşaqlar idi. Özünüz gördünüz ki, yaxında mərmilər partlayan kimi qorxudan pərənpərən düşüb hərə bir tərəfə götürüldü.
Yavərin cavabı fon Berneri açmadı.
Cəbhədə top gülləsindən baş götürüb qaçmaq qorxaqlıq deyil, cənab zabit, igidlikdir! Elə isə o qaçanlardan biri də mən özüm oldum. Sizcə bu mənə də aiddir!.
Söhbət, xəndək qazımağa yığdığımız ruslar barəsində gedir, cənab general, hər halda mən sizi yaxşı tanıyıram…
Fon Berner qalxıb çarpayıda oturdu. Siqareti döşəməyə çırpıb çəkməsinin dabanı ilə tapdaladı bir neçə dəfə kirpik çalıb fikrə getdi.
Bayaqdan qollarını sinəsində çarpazlayaraq pəncərə qabağında dayanmış kapitan da ağır addımlarla keçib stol arxasında onunla üzbəüz əyləşdi və qaşlarının altından oğrunoğrun generalı süzdü.
Sol yanağına milçək qonmuş kimi, hər ikiüç dəqiqədən fon Bernerin bir üzünün əti səyriyirdi. Həm də dalbadal kirpik çalırdı. Bu, onun adəti idi. Əsəbi vaxtlarında həmişə belə edərdi. Neçə il hərbi qulluqda olan Berner bütün Avropanı ayaqlayıb heç bir zədə almadan sovet torpağına qədər gəlib çıxmışdı. O, beləcə də sağsalamat Berlinə qayıdacağını düşündüyündən, vaxtlıvaxtında canına qulluq edir, hər zaman, hər yerdə çox ehtiyatlı tərpənirdi.
Generalın top kimi girdə sifəti, ətli buxağı, sarı gözləri vardı. Dəyirmi çənəsinin sağ tərəfinə mərmi kimi bir ziyil yapışmışdı. Çal saçları ortadan haçalanaraq gicgahlarına tökülmüşdü. Sol əlinin çeçələ barmağında qaşsız, qızıl üzük parlayırdı. Qırx beş yaşlı, bəstəboylu general, çox kökəlməsinə baxmayaraq, öz münasibliyini itirməmişdi.
Fon Berner ayağa qalxdı. Stol üstündəki şnabsdan stəkana süzüb başına çəkdi.
Qərargah rəisimiz yaralanıb sıradan çıxandan sonra mən özümü köməksiz, tək hiss edirəm! Sabahdan bu işlə ciddi məşğul olmalısan! deyə o, yavərinə göstəriş verdi. Rusları bircəbircə sorğusuala çəkib hər şeyi öyrənməlisən. O fişəng atan adamı axtarıb tapmaq lazımdır. Həm də çox ehtiyatlı və mülayim hərəkət etməlisən. Mən bu rusları yaxşı tanıyıram. İnadkarlığa başlasalar, onlardan kəlbətinlə də söz qoparmaq mümkün deyil.
Xenfeld generalın fikrini təsdiqlədi.
Elədir! Ümumiyyətlə sovet adamları o barədə çox möhkəmdirlər, cənab.
Fon Berner gözlərini döydü. Hərbi xidməti dövründə şahidi olduğu səhnələri birbir xatırladı.
Sovetləri basmaq, bütün dünyada qələbə çalmağa bərabərdir, cənab zabit! Mən onlarda gördüyümü görmüşəm. Bu qədər möhkəm iradəli ikinci bir xalq təsəvvür eləmək çətindir! Düşmən də olsa, həqiqəti söyləmək lazımdır. Rus soldatı aylarla şaxtada, qarda, çölün düzündə ac qalar, daş, torpaq yeyər, ancaq ruhdan düşməz. Hələ üstəlik bir mahnı da oxuyar. Bu, ordunun ən birinci üstünlüyüdür!
Kapitan Xenfeld də onun sözünə qüvvət verdi
Elə ukraynalıllar, beloruslar, azərbaycanlılar, gürcülər də, başqaları da onlar kimidir, cənab general.
Fon Bernerin yanağı səyridi. Bir neçə dəfə kirpik çalıb üzgözünü turşutdu
Hamısı bir bezin qırağıdır!
Bu vaxt qapı yavaşcadan aralandı. Feldfebel çinli çəpgöz aşpaz, əlində iki butulka kefir, yarıməyilmiş vəziyyətdə asta addımlarla içəri girdi. Generalın siqaret qutusunu açdığını görcək, tez əlini cibinə salıb alışqanını çıxararaq onun qabağında yandırdı. Sonra oğru kimi ehtiyatla otaqda gəzinərək söhbətə qulaq asaasa stolun üstünü yığışdırmağa başladı.
General gözucu kefir şüşələrinə baxaraq, sözünə əlavə etdi.
Bizimkilər isə bir həftə kiselsiz, kefirsiz qalanda mədəsindən şikayətlənir, hamamlarının vaxtı ötəndə qoturluq tutacaqlarından qorxurlar. Siqaretlərini dəyişəndə öskürməyə başlayıb, həkim istəyirlər. Mən şəxsən cənab fürerin yerində olsaydım, əsir tutduğumuz ruslara bizim fraularla məcburi yaşamağı bir cəza kimi qəbul edərdim. Neçə ildən sonra bu qan qarışıqlığı gələcək müharibələr üçün böyük alman ordusuna yeni keyfiyyətli soldatlar verərdi. İnan ki, mən də belə bir zabitin atası olmaq naminə qadınımı bu təcavüzə razı salardım.
General bayıra çıxmağa hazırlaşan çəpgöz aşpazı səsləyib, astanada saxladı.
Bura bax, Geyerman! Düzünü söylə, sən alman ordusuna möhkəm təbiətli, dönməz iradəli bir soldat vermək üçün öz arvadını hər hansı rusla yaşamağa məcbur edərdinmi?
Çəpgöz aşpaz generalından bu cur açıq sözlər eşitdiyinə sevindi. Onun gözlənilməz sualına ağıllı cavab vermək üçün dayanıb susdu. Sonra sifətini qəribə bir şəklə salıb, özünü düzəltdi.
Cənab general, ona əmin ola bilərsiniz ki, sizin hər əmrinizi canbaşla yerinə yetirməyi mənim ailəm də, özüm kimi şərəf hesab edər. O ki, qaldı rus soldatı ilə arvadımın yaşamasına, elə bilirəm bizim frau buna mənsiz də məmnuniyyətlə razılıq verər.
Fon Berner də, yavəri də qəhqəhə çəkib güldülər.
Ancaq bir məsələ də var ki, cənab general, deyə kapitan Xenfeld araya söz atdı, qorxuram bizim aşpaz Geyermanın arvadından törəyən uşaq avaranın biri olsun. Çünki yaranan övlada bəzi xüsusiyyətlər atadan deyil, ana südündən aşılanır.
Çəpgöz aşpaz bu təhqirin fərqinə varmadan, söhbətdə axıradək iştirak eləmək niyyəti ilə divara söykənib, yerini rahatladı.
Mənə bir sözün yoxdur ki deyə general, feldfebelin bayıra çıxmasına eyham vurdu.
Çəpgöz aşpaz o dəqiqə işini başa düşdü.
Gecəniz xeyrə qalsın, cənablar!
Geyerman astanaya yaxınlaşanda evin dalında partlayan mərmidən otaq lərzəyə gəldi, tavandan torpaq töküldü. Çəpgöz aşpaz tez qapıda çöməlib başını tutdu. Kapitan Xenfeld vəziyyətini pozmadı. Fon Berner butulkadan şnabsın son qətrələrini qədəhə süzüb içdi.
Mən bu gecələrdən heç bir xeyir gözləmirəm!.. deyə teztez kirpik çaldı.
İNTİZAR ANANIN DÜŞÜNCƏLƏRİ
Qabaqdan qış gəlirdi.
Yun almağa imkanı olmayan Pakizə xala, öz şalını söküb oğluna əlcək, corab toxumağa başlamışdı.
«Mən onsuz da keçinərəm. Havalar soyuyar, bayıra çıxmaram, evdə oturaram. Təki davada silah tutan balamın əlləri, qarın üstündə gedən ayaqları şaxtadan donmasın» deyə, hələ birinci gün sobanı yandıranda arvad bu qərara gəlmişdi.
İndi o, səhər yuxudan durandan çaysızçörəksiz günortaya qədər pəncərənin qabağında oturub toxuyur, fikirləşirdi. Ana iplərə mil vurduqca, xəyalında oğlu əsgərlərlə birlikdə uzaq kəndlərdə, şəhərlərdə, meşələrdə, daşlıkəsəkli yollarda irəliləyir, gah torpağa, palçığa batır, gah da qalxıb irəli cumurdu. Arvad köksünü ötürür, yaylığını çıxarıb gözlərinin yaşını silirdi «Can bala!..»
Ana iplərə mil vurduqca, Qulam odların, alovların içinə atılır, düşmənə atəş açır, tərafında partlayan mərmilərə sinə gərirdi. Arvad köksünü ötürür, yaylığını çıxarıb gözlərinin yaşını silirdi «Can bala!..»
Pakizə xalaya elə gəlirdi ki, dünyada ondan çox oğlunu sevən ikinci bir ana, ondan çox müharibənin qurtarmasını arzulayan ikinci bir qadın tapılmaz.
İntizar, hicran həsrəti ayları uzadıb illərə çevirmişdi. Pakizə xala, mümkün olarsa, iki dəfə ölməyə, ölümün dəhşətli iztirablarını ikiqat çəkməyə canbaşla hazır idi, təki Qulama və analarının gözü yollarda qalan döyüşçülərə bir şey olmasın, hamı cəbhəyə getdiyi təkin sağsalamat evinə qayıtsın. Arvad son zamanlar Məhbubəyə elə öyrənmişdi ki, qız məktəbdən gec gələndə nigaran qalır, küçəyə çıxıb qapıda yolunu gözləyirdi.
Mənim səndən savayı kimim var, ay bala. Sən olmasaydın, təklikdən ürəyim qövr elərdi. Hər üzünü görəndə, səsini eşidəndə dərdim dağılır, deyə Pakizə xala qonşu qızla danışanda teztez bu sözləri təkrarlayırdı. Lakin əvvəllər Məhbubəyə açmaq istədiyi sirri indi o, qəlbinin dərinliklərində gizlətmişdi. Ana daha qonşu qızı oğluna almaq fikrində olduğunu dilinə gətirməyə qorxurdu. «Uşağı yerdən eləmək yaxşı deyil. Qoy hələ Qulam sağsalamat gəlsin, sonra Allah kərimdir, deyə düşünürdü. Dünyanın işini bilmək çətindir…» Butün bunlara baxmayaraq, Pakizə xalanın iki təsəllisi vardısa, biri və bəlkə də birincisi Məhbubə idi. Qonşu qız soyuqda, qarda Qulamın anasının hər xahişinə əməl edər bazarlığına gedər, mənzil kirayəsini verər, məktublarını aparıb poçta salar, onu əziyyət çəkməyə qoymazdı. Hələ çox vaxt evlərində dadlı xörək bişirəndə Pakizə xalanın da payını çəkib gətirərdi.
Ana oğlundan həftədə, on gündə bir kağız almasına baxmayaraq, gecələr fikirli yatdığından teztez Qulamı yuxuda görər və bunu müxtəlif yollara yozardı.
Ay Məhbubə! Ay Məhbubə! deyə ikinci mərtəbədən həyətdəki qonşu qızı çağırar və həmin gün oğluna ətraflı məktub yazdırardı.
«…Salamdan sonra yaz ki, balamın gözlərindən öpürəm. Mənim kefim lap yaxşıdır. Pensiyamı vaxtlıvaxtında alıram, nigaran qalmasın. Yazsın görək necə dolanır, üstübaşı qalındırmı Yatıbdurduğu yer istidirmi Yeməyiiçməyi necədir..»
Əgər Məhbubə özündən beşaltı cümlə artırmasaydı, ananın məktubları, surəti çıxarılmış kimi hamısı birbirinin eyni olardı. Bu gün də Pakizə xala Qulama toxuduğu əlvan güllü corabları, əlcəkləri səliqə ilə kağıza büküb qutuya yığır və yanyörəsini əlinə düşən şirin şeylərlə doldururdu. Əgər arvadı qınayan olmasaydı, oğluna, axşam özü yediyi göy qutabından da bir neçəsini qoyub göndərərdi.
Günortadan sonra Məhbubə məktəbdən qayıdanda evlərinə getməmişdən qabaq Pakizə xalagilə gəldi. O, elə pilləkənin üstündən çığırdı
Muştuluğumu ver, Qulamdan məktub var!
Ana tələsik addımlarla onun qarşısına çıxdı.
Səni şad xəbər olasan, ay qızım! dedi və poçtalyon üçün saxladığı əncir qurusunun yarısını Məhbubənin cibinə tökdü. Aç, oxu görək balam nə yazır.
Qonşu qız portfelini altına qoyub dəhlizdəcə oturdu. Üstü bənövşəyi karandaşla yazılıb üçkünc bükülmüş kağızın qatlarını açaraq oxumağa başladı
«Əziz anam, sənə odlu cəbhə salamları!»
Pakizə xala sızıldadı
Odlu nəfəsinə qurban, bala!
«…Anacan soruşursan ki, necə dolanıram, üstbaşın qalındırmı, yatıbdurduğun yer istidirmi, yeməyiniçməyin necədir Sən heç şeydən nigaran qalma. Cəbhə həyatında hər cür çətinliklər olur. Biz bura xəzli palto geyməyə, ipək yorğandöşəkdə yatmağa, yağlı toyuqplov yeməyə gəlməmişik…»
Arvad içini çəkdi.
Niyə də yeməyəsən, sənə qurban!
«…Mənə heç bir şey göndərmək lazım deyil. Sən öz canından muğayat ol. Ürəyini sıxma! Bir neçə gündür ki, Dnepr çayının sahilindəyik. Güman ki, burada da çox qalmayacağıq. Düşməni qovub, irəli gedəcəyik…»
İrəli gedən ayaqlarına daş dəyməsin, ay bala! deyə Pakizə xala yenə köksünü ötürdü. Qulam məktubu bu sözlərlə bitirirdi
«…Ana, sən hər kağız yazanda qonşumuzun qızı Məhbubədən razılıq edirsən. Məndən də ona salam söylə. De ki, Qulam gələndən sonra sənin xəcalətindən mütləq çıxacaq. Qoy həmişə üstündə göz olsun.Məndən sənə və hamıya, hamıya əsgər salamı. Dönədönə üzündən öpürəm.Oğlun Qulam».
Məhbubə məktubu oxuyub bitirdikdən sonra onu əvvəlki kimi qatlayaraq Pakizə xalaya uzatdı. Cibindəki əncir qurusundan birini götürüb ağzına atdı.
Hə, indi rahat oldunmu deyə soruşdu. Arvad yaxınlaşıb onun alnından öpdü.
Çox sağ ol, qızım, dedi. Ancaq indi dur içəri keçək. Səndən bir şey xəbər alacağam. Göstər görüm o Dnepr çayıdır, nədir, Bakıdan çoxmu uzaqdır..
Pakizə xala Məhbubəni Qulamın yazı stolunun qarşısında divardan asılmış xəritənin qabağına gətirdi.
Bax, bu gördüyün qırmızı nöqtə bizim Bakıdır. deyə qonşu qız barmağını irəli uzatdı. Arvad Məhbubənin biləyindən tutub aşağı çökdü.
Onu özüm də bilirəm. Sən o birisini göstər, Dnepri.
Qız Dnepr çayının harada yerləşdiyini Pakizə xalaya nişan verdi.
Dərindirmi, sənə qurban olum deyə arvad təlaşla soruşanda, Məhbubə əncirdən birini də ağızan atıb üzgözünü yığdı.
Yox… Çox dərin olsa… o, əlini sinəsinə çəkdi. Mənim buramdan.
Deyəsən bu cavab ananın qəlbini bir az sakitləşdirdi. Ancaq yenə nə fikirləşdisə, qarışını açıb Bakı ilə Dnepr arasındakı məsafəni ölçdü.
Keçən dəfəki yerindən çox uzaqlaşmayıb, deyə rahatlıqla nəfəs aldı.
Onun bu hərəkətini görən Məhbubə gülməkdən özünü güclə saxladı.
SERJANT GERİ QAYITMADI
Uzun vuruşmadan sonra xeyli döyüşçüsünü, maşınını, topunu qurban vermiş sovet diviziyası payızın əvvəllərində arxaya çəkilib istirahətə dayanmışdı. Həmin günlərdə hissəyə yeni qüvvə göndərildi. İki telefonçusunu, bir kəşfiyyatçısı və aşpazını itirmiş qərargahyanı batareyaya da dörd nəfər əsgər gəldi. Bunlardan biri ortaboylu, enlikürəkli, ağzında iki qızıl dişi olan gürcü balası Sandro Meladze idi. İyirmi üç yaşlı bu gümrah oğlan zirəkliyi və zarafatcılığı ilə lap ilk günlərdən çoxunun diqqətini cəlb etdi. Sandronun yana daranmış gödək saçları da, çatılmış uzun qaşları da, ucları kobud dodaqlarının üstünü örtmüş qalın bığları da açıq xına rəngində idi. İri göyümtül gözlərindən dəcəllik yağırdı. Özünün söylədiyinə görə, elə bu xasiyyəti ucbatından başı həmişə cəncəlli olmuş, hissədənhissəyə köçürülmüş, dəfələrlə qauptvaxta düşmüş və nəhayət, sonuncu kərə çini bir pilə aşağı endirilmişdi.
Rus sözlərini gürcü ləhcəsinə uyğun şirin bir tərzdə tələffüz edən Sandronun danışanda səsi boğazında titrər, hamıya teztez «qatso», «Genasvale» deyərdi.
«Qatso, tütünün varsa, ver birini eşək».
«Genasvale, dünən frislərin kefinə yaman soğan doğradıq».
«Bir də «Sinandale» olsaydı, qatso, vurub hərarətimizi qaldırardıq».
Sandro ilə söhbət eləyəndə bəzi döyüşçülər də ondan öyrəndikləri həmin kəlmələri qeyriixtiyari işlədərdilər. Heç zaman kefindən qalmayan bu məzəli, xoşsöhbət oğlanın ən çətin, ağır dəqiqələrdə belə «Suliko» mahnısı dilindən düşməzdi. Yoldaşlarından biri ilə zarafatlaşanda bığının altında gülüb başqasına göz vurmaq Sandronun adəti idi. «Genasvale, mənim üçün hər yerdə Tbilisidəki kimi xoş keçir», deyə o, yuxusuz da, yorğun da olsa heç vaxt heç nədən şikayətlənməzdi. Sanki anası bu oğlanı ancaq kef üçün doğmuşdu. Qulam neçə aylardı Sandro Meladze ilə yaxın dost olmuşdu.
İndi də qərargahdan çıxıb azacıq uzaqlaşmışdılar ki, Sandro özbəyin tütünündən bir eşmə bükərək, Sarışına uzatdı.
Buyur, qatso, dedi.
Bondarçuk başını silkələdi.
Sağ olun, mən papiros çəkmirəm.
Ona qalsa elə Tbilisidən çıxanı mən də papiros çəkmirəm. Ya acı soldat maxorkası, ya da ki, frislərin dadsız qənimət siqaretlərindən tüstülədirəm.
O, eşməsini yandırdı. Yoldaşını oğlan bilən Meladze utanmadan xəbər aldı
Bazlıqla aran necədir, Genasvale?
Sarışın gürcü balasının nə dediyini anlamadı.
O nə olan şeydir?
Oynatmalı şeydir, qatso. Özləri də cürbəcür olurlar. Kök, arıq, uzun, gödək deyə, müsahibinin zarafat elədiyini düşünən Sandro söz altda qalmaq istəmədi. Şəxsən mən hər növünü xoşlayıram. Ancaq, Genasvale, ortada bir «Sinandale» boşaltmaq da mütləq lazımdır. Onsuz hər şey əfsanədir.
İlk dəfə gördüyü adamın onunla belə açıqsaçıq danışması Sarışına çox qəribə gəlirdi. Həm də o, bu söhbətlərdən sıxılırdı.
Bir az tələssək yaxşıdır, deyə Lena Bondarçuk addımlarını yeyinlətdi. Səhərin açılmasına az qalır.
Söhbət yolun nərdivanıdır, Genasvale.
Yolçular, iki cəbhə arasındakı sahibsiz zonaya qədər heç nədən ehtiyat etmədən gəldilər. Bura çatanda Sandro avtomatını çiynindən aşırıb əlində tutdu. Semixatkanın qabaq evlərinə təzəcə yetişmişdilər ki, arxadan eşitdikləri səsküy və motor gurultusu onları yerə yatmağa məcbur etdi.
Vəziyyət birdənbirə çətinləşdi. Diviziya komandiri Səlimxanovun əmrinə görə əslində Sandro buradan geri qayıtmalı idi. Lakin indi bu heç cür mümkün deyildi. Maşınla otuza qədər alman soldatı kəndin qarşısındakı sahibsiz sahədə mina basdırmağa gəlmişdi. Bunu Sarışın onların danışıqlarından açıqaydın başa düşmüşdü.
Deyəsən bu gecə siz geri qayıda bilməyəcəksiniz, yoldaş serjant.
Meladze Sarışının sözlərinə əhəmiyyət vermək istəmədi.
Qorxusu yoxdur! Yolumu bir az uzaq salaram, sağ cinahdan keçərəm, deyə o, etiraz elədi. Bondarçuk köksünü ötürüb narazılıqla başını yırğaladı
Hər iki tərəfə hörümçək toru kimi tikanlı məftil çəkilmişdir.
Sandro fosforlu saatına baxdı. Səhərin açılmasına az qalmışdı. Əgər bir qədər də burada gözləsəydilər, hava işıqlaşan zaman sahibsiz zonadan keçmək heç cür mümkün olmayacaqdı.
Soldatlar, «harthurt» edəedə öz işlərini tərəsik görüb qurtarmağa çalışırdılar.
Yaxşı, ay oğlan, mən sabah axşam qaranlığınadək bu uçuq evlərdən birində gizlənsəm, necə olar deyə Sandro yoldaşı ilə məsləhətləşdi.
Əvvəla, mən burada tək qalmağı sizə əsla məsləhət görmürəm. İkincisi, mənə «ay oğlan» yox, Bondarçuk deyin.
Meladze dönüb kinayəli bir tərzdə Sarışına baxdı.
Genasvale, o sonrakı söhbətdir! İstərsən sənə lap adınla, atanın adı ilə müraciət edərəm Sarışın filankəsoviç. Əlqərəz! Bir de görüm, indi neyləmək lazımdır Əgər məni öz vəzifəmi yerinə yetirmiş hesab edirsənsə, gedim. Başqasının məsləhəti ilə iş görməyi mən əsla xoşlamıram!
Sandro ayrılıb yan tərəfə sürünməyə başlayanda Bondarçuk onun qolundan tutdu.
Dayanın! Risk etməyin yeri deyil!
Meladze dodaqlarını dişləri arasında sıxaraq, qarnı üstə geri fırlandı.
Bu çəkçevirlə mən ancaq vaxtı itirərəm, qatso! deyə əsəbi halda gileyləndi.
Sarışın sürünüb yaxındakı evin dalına çəkilərək serjantı səslədi
Bura gəlin!
Sandro bir sıçrayışla rezin kimi qızın yanına atıldı.
Gedək, sabah axşamadək bizdə gizlənərsiniz, sonra mən sizi ötürərəm.
Harda olursan?
O qədər də yaxın deyil. Uşaq bağçasında. Ancaq əldən-ayaqdan uzaq yerdir.
Başqa çarə yox idi. Sandro Bondarçuka qoşuldu. Yanıbdağılmış evlərin arasından gah bir ayaqbir ayaq keçəkeçə, gah yerə uzanaraq sürünəsürünə, gah da sürətlə qaçaqaça gəlib uşaq bağçasına çatdılar. Qız qabağa düşüb binanın həndəvərini və içərisini yoxladı.
Sən tez taxtapuşa qalx! deyə Sarışın heykəl gizlədilmiş qalağın üstündən ona yol göstərdi. Qulağın məndə olsun. Qabqacaq səsi eşitsən siqnaldır!
Başa düşdüm!
Meladze taxtapuşa qalxandan ikicə dəqiqə sonra yuxarı, içi samanla dolu bir kisə və bir də köhnə sırıqlı tullandı. Bu, Sandro üçün göndərilən «yorbandöşək» idi. Hərəkət də, söhbət də bununla bitdi. Nə aşağıdan taxtapuşa, nə də yuxarıdan alt otağa heç bir siqnal verilmədi.
…Hava yavaşyavaş işıqlaşırdı. Sandro, çətin vəziyyətə düşdüyündənmi, yoxsa adət elədiyindənmi, astadan öz sevimli mahnısını mızıldamağa başladı «Haradasan, mənim Sulikom..»
17.08.2026